Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vasif Talıbovun yüzlərlə tibb işçilərinə VURDUĞU ZƏRBƏ...

Vasif Talıbovun yüzlərlə tibb işçilərinə VURDUĞU ZƏRBƏ...


17-03-2023, 10:34
Vasif Talıbovun yüzlərlə tibb işçilərinə VURDUĞU ZƏRBƏ...
DİA.AZ: - Naxçıvanın peşəsi əllərindən alınan tibb bacıları dünən MR Səhiyyə Nazirliyində olublar. DİA.AZ bildirir ki, onlar nazir Niyazi Novruzovla görüşsələr də, problemlərini həll edə bilməyiblər. Niyazi həkim tibb bacısı işinə bərpalarını tələb edən etirazçılara bitirdikləri tibb kollecinin lisenziyasının olmadığını bildirib.

Qeyd edək ki, sözügedən tibb kolleci 1990-cı ildə Heydər Əliyevin yaxını qohumu Nəriman həkim tərəfindən yaradılıb və 18 il fəaliyyət göstərib. 2000-ə qədər tibb bacısı yetişdirib. Kollecini bitirib Naxçıvanın müxtəlif xəstəxanalarında 10-15 il tibb bacısı işləyən bu şəxslərin diplomu Vasif Talıbovun ani bir göstərişi ilə ləğv olunub. Onlardan bəziləri bu göstərişdən sonra işdən çıxarılıb, bəziləri isə xadiməçi işinə götürülüblər.

Vasif Talıbovun bu qərarının Nəriman müəllimlə aralarındakı intriqadan qaynaqlandığı bildirilir. İddialara görə, Heydər Əliyevlə Arazdan keçmə qohumluğundan faydalanıb Naxçıvanın "xanı" olmağı bacaran Vasif Talıbovun Heydər Əliyevin daha yaxın qohumlarını özünə rəqib kimi görüb. Hamısının obyektlərini ya əlindən almağa, ya da tamamilə ləğv etməyə çalışıb. Beləcə Naxçıvanı özününküləşdirib. Tibb kollecinin məzunları da bu siyasətin qurbanı olublar.

DİA.AZ olaraq əlaqədar videoları təqdim edirik...

VİDEO 1: bura tıklayın baxmaq üçün...

VİDEO 2: bura tıklayın baxmaq üçün ...

Geri qayıt