Əsas Səhifə > Güney Press, Reklam > KATV1 ilin yekunlarına görə MÜKAFAT ALDI

KATV1 ilin yekunlarına görə MÜKAFAT ALDI


9-03-2023, 15:11
KATV1 ilin yekunlarına görə MÜKAFAT ALDI
DİA.AZ: - 7 mart 2023-cü il tarixində «BUTA PALACE» kompleksində 2022-ci ilin
yekunları üzrə “Azeri Business Award 2022” Milli Mükafatının təqdimetmə
mərasimi keçirilib. Bu barədə DİA.AZ-a verilən məlumatda qeyd olunur.
Mərasimdə xarici ölkələrin səfirləri, KİV nümayəndələri, sahibkarlar, ictimai və
siyasi xadimlər iştirak edib. Mükafat laureatlarının sırasında “İlin kabel
televiziyası” nominasiyasında ölkənin aparıcı kabel opertoru KATV1 də yer alıb.
Fəaliyyət göstərdiyi dövr ərzində ən son texnolojı yenilikləri tətbiq edən,
telekommunikasiya sahəsində peşəkar kadrlar yetişdirən və işlə təmin edən
KATV1 şirkəti daim istifadəçilərinin etimadını doğruldub və təqdim olunan
mükafat da bunun əsaslı göstəricisidir.
Mərasim zamanı mükafatın təqdim olunması üçün səhnəyə dəvət olunan Baş
direktorun müavini Pərviz Qədimov tədbir iştirakçılarını salamlayaraq bu
mükafatın KATV1 şirkəti üçün çox önəmli olduğunu qeyd edib. Şirkət
nümayəndəsi bildirib ki, KATV1 bundan sonra da istifadəçi məmnunluğu və
yüksək keyfiyyət göstəricilərini prioritet sahə olaraq daim inkişaf etdirəcək.

Geri qayıt