Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Salyan avtovağzalı ətrafında qalmaqal

Salyan avtovağzalı ətrafında qalmaqal


21-01-2014, 14:51
Salyan avtovağzalı ətrafında qalmaqal
Salyan avtovağzalı rayonun üzqarasına çevrilib. Burda, necə deyərlər, it yiyəsini tanımır. Bilinmir burası vağzaldır, yoxsa bazar. Ərazinin bir hissəsini qida məhsulları, göy-göyərti, mer-meyvə, min cür xırdavat satılan piştaxtalar tutub, hər tində-bucaqda zibil qalaqları görünür. Bu anti-sanitariya vəziyyətini rayon Gigiyena və Eidemilogya Mərkəzinin rəhbəri İntiqam Abışovdan başqa hamı gorür. Deyirlər son zamanlar adamın görmə qabiliyyəti zəifləyib, eynək taxır, puldan başqa bir şeyi tanımır. Vağzalın həyəti həm də çoxsaylı avtomobillərin dayanacaq yeridir.
Təkcə Bakı-Salyan reysinə 25 minik avtomobili, 15 mikro, 6 böyük tutumlu avtobus işləyir. Onlar vağzala ayda 120 manat haqq ödəyir. Bura daxil olmaq üçün bütün maşınlar qapıda pul ödəməlidirlər. Rayon daxilində işləyən taksi sürücülərdən ayda 15 manat mikro avtobuslardan isə 60 manat “rüsum” toplanılır. Bundan başqa, nəqliyyat müfəttişləri də onlardan ayda 10 manat tələb edir.
Bütün bu qanunsuz yığımlar elə təşkil edilib ki, heç kəs ödəmədən yayına bilmir. Hər dəfə avtovağzalda yer haqqının qaldırılmağı qalmaqala səbəb olur. Dünən elə bu səbəbdən sürücülərlə vağzal rəhbərliyi arasında növbəti insident yaşanıb. “Vağzal rəhbərliyi” deyəndə. “O olmasın, bu olsun” fulminə oxşar, bu günə kimi vağzalın qanuni rəhbərinin kim olduğunu bilən yoxdur.
Deyilənə görə sənədlərdə avtovağzalın direktoru olaraq Muxtar Məmmədovun adı keçir. Amma faktiki olaraq həmin adam meyvə tərəvəz satanlardan yer pulu yığmaqla məşğuldur və idarəetmə işlərinə qətiyyən qarışmır. Avtovağzal yaranandan bu günə kimi üzdə olan şəxs rayon sakini Nürəddin Məlikovdur. Gəzən söz-söhbətə görə Salyan bələdiyyəsi də bu adam tərəfindən idarə olunur, sadəcə kresloya öz qohumu Əşrəf Xanəhmədovu oturdub.
Vağzalda növbəti qiymət artımı əsil dartışmaya səbəb olub. Onsuz da gündəlik qəpik-quruşa işləyən, bank kreditlərinə görə “boğulan” sürücülər buna kəskin etiraz edib. Hadisə yerinə rayon polis şöbəsinin PPX əmkdaşları gəlib.
Sürücülər Rayon İcra Hakimiyyətinə doğru yürüş etmək istəyib. Vəziyyətin qəlizləşdiyini gorən vağzal işçilri Nürədinə iddasından geri çəkilməyi tovsiyə ediblər. Sonda sürücülərlə təkrar ofisndə “razborka”nı davam etdirən şef yeni elan etdiyi qərarı qüvvədən salıb, sürücülərə köhnə qaydada işləyə biləcəklərinə dair vəd verib.
Qeyd edək ki, baş verən hadisəni telefonla videolentə alan sürücülər həmin kadırları bizə təqdim edib. Orada bəzi etik olmayan sözlərə görə həmin görüntüləri təqdim etmirk.

Geri qayıt