Əsas Səhifə > Güney Press, Şou-biznes > Türkiyəli müğənni canlı efirdə biabır oldu

Türkiyəli müğənni canlı efirdə biabır oldu


21-01-2014, 12:31
Türkiyəli müğənni canlı efirdə biabır oldu
Türkiyəli müğənni Tuğba Əkinçi yerli televiziya verilişlərindən birinin canlı efirində pis vəziyyətə düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi “diva” Bülənt Ərsoyun aparıcılıq etdiyi eyniadlı şouya qatılıb.

B. Ərsoy türk sənət musiqisinin məşhur nümunələrindən biri olan “Unutdun məni, zalım” mahnısını səsləndirərkən Tuğba onu müşayiət edib. Bir müddət sonra Bülənt Ərsoy ifasını dayandırıb. Mahnının sonunu canlı oxumağa çalışan Tuğbanın səsi çatmayıb. Bu səbəbdən ifasını tələsik yekunlaşdıran müğənni özünü itirməmək üçün zarafat da edib.

T. Ekinci dinləyicilər tərəfindən kəskin tənqid atəşinə tutulub.



Geri qayıt