Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Çudo Peçka" mağazalar şəbəkəsi Azərbaycan dövlətini saya salmır?

"Çudo Peçka" mağazalar şəbəkəsi Azərbaycan dövlətini saya salmır?


18-01-2014, 18:05
"Çudo Peçka" mağazalar şəbəkəsi Azərbaycan dövlətini saya salmır?
2012-ci ilin oktyabr ayının 3-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) «Çudo Peçka» dükanlar şəbəkəsində bir sıra məhsulların satışını qadağan etdi. Bu firmaya məxsus ticarət şəbəkələrində bəzi kulinariya məmulatları, dönər və biskvitli, kremli, ballı, xamalı tortun istehsalı və satışı qadağan olundu.

Komitədən rəsmən verilən xəbərlərdə bildirilirdi ki, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 36 ünvanında fəaliyyət göstərən “Çudo Peçka” MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılmış araşdırmaların yekunu olaraq bir sıra məhsulların istehsalı və satışı qadağan edilib.

Belə ki, müəssisəyə məxsus istehsal sexlərində aşkar olunmuş nöqsanlar səbəbindən “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, “Mimoza”, “Şuba” salatları, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli, kremli, ballı, xamalı tortun istehsalı və satışı qadağan edilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib və cərimə tətbiq olunub.

Amma elə bu rəsmi qərar mətbuatda yayılandan sonra «Çudo Peçka» dükanlarında adları çəkilən qadağa qoyulmuş məhsulların satışı dayandırıldı. Hətta dükanlardan tort məhsulları yığışdırıldı. Maraqlıdır ki, bu qadağadan sonra uzun bir müddət «Çudo Peska»larda tort satılmasa da, ötən ilin dekabr ayından rəsmi olaraq qadağanın götürülməsinə dair heç bir məlumat yayılmadan bu şəbəkədə tort satışı bərpa edildi. Dünən GUNDEMİNFO.AZ-ın əməkdaşları da bu faktı təsdiqləyəcək bir məqamla rastlaşıblar. Məlum olub ki, əslində «Çudo Peçka»larda tort satışı kütləvi şəkildə həyata keçirilir. Əməkdaşlarımız faktiki olaraq «Çudo-Peçka» dükanlarından hətta tort da alıblar. İstirahət günü olduğundan yazı ilə bağlı rəsmi münasibət öyrənmək mümkün olmadı. Araşdırmalarımız davam edir.

Geri qayıt