Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Buralarda rüşvəti AŞKAR ŞƏKİLDƏ YIĞIRLAR...

Buralarda rüşvəti AŞKAR ŞƏKİLDƏ YIĞIRLAR...


15-02-2023, 17:01
Buralarda rüşvəti AŞKAR ŞƏKİLDƏ YIĞIRLAR...
Uşaqları 194 nömrəli tam orta məktəbdə təhsil alan valideynlər narazılıq edir.

Belə ki, bir neçə valideyin "DogruXeber.az"ın əməkdaşına bildirib ki, "Bakı şəhər Xətai rayonunun NZS qəsəbəsində yerləşən 194 nömrəli tam orta məktəbdə tez-tez bizdən pul yığılır. Səbəb olaraq isə hər dəfə bir bəhanə göstərirlər. Gah deyirlər marker alırıq, gah A4, gah da başqa bir bəhanə...

Halbuki, bilirik ki, bütün bu ləvazimatların xərci Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.

İndi də başlayıblar jalüz (pərdə) üçün pul yığmağa. Əvvəl 5 (beş) manat dedilər, sonra onun da qiymətini qaldırdılar, indi də deyirlər "5 azdır, 7 (yeddi) manatdan yığın.

Qeyd edək ki, 194 nömrəli tam orta məktəbdə hal-hazırda 1643 (min altı yüz qırx üç) şagird təhsil alır.

Valideynlərin redaksiyamıza bildirdiyinə görə bu şagirdlərin hər birindən A4 üçün 3 manatdan pul yığılır ki, bu da 4.929 (dörd min doqquz yüz iyirmi doqquz) manat edir.

Nəzərə alsaq ki, hər şagirddən marker almaq üçün də eyni məbləğ yığılır, bunları topladıqda - 4.929+4.929=9.858 (doqquz min səkkiz yüz əlli səkkiz) manat pul edir.

Təsəvvür edirsiniz?

İndi bunun da üzərinə pərdə üçün yığılan 7 manatların cəmini gəldikdə...

Allah insaf versin...

Qeyd edək, sözügedən məktəbin barəsində əvvəllər də yerli mətbuatda məhz pul yığılmasına görə şikayətlər yayımlanıb.

Hələ, 2021-ci ildə məktəbin fiziki-tərbiyə müəllimi olan Sara Rəhmanova "toplumtv"yə bildirmişdi ki, "Elnarə Zeynalova bu məktəbə iki gün idi ki, direktor olaraq, təyinat almışdı, pedaqoji şuranın iclasında bildirdi ki, məktəbin müəllimləri idman zalının elektrik naqilləri sistemini öz vəsaitləri hesabına təmir etdirməlidirlər.
Mən buna etiraz etdim və "Dövlət məktəbi vəsait və avadanlıqla təmin edir, bunu müəllim niyə etməlidir?"- dedim.
Mənim bu sözüm Elnarə Zeynalovaya xoş gəlmədi"

Əlqərəz...

Yaxın keçmişdən sitat gətirməklə bildirmək istəyirik ki, məktəb də həminkidir, direktor da - yəni, Elnarə Zeynalovadır.

Redaksiyamıza valideynlərin müraciəti ilə bağlı sözügedən məktəbin direktoru Elnarə Zeynalova ilə telefon əlaqəsi saxladıq. Elnarə xanım məlumatları təkzib etdi və "Bunları dövlət özü edir, məlumat tamamilə yanlışdır. Xahiş edirəm, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə deyin." - dedi.

Qeyd edək ki, məktəbin müəllimi Sara Rəhmanovanın şikayəti də məhz dövlətin verdiyi halda, direktorun təmir üçün müəllimlərdən vəsait toplaması barəsində idi və xanım bildirirdi ki, "bu barədə Elm və Təhsil Nazirliyinə (o zamanlar Təhsil Nazirliyi) müraciət etdim, nazirlik BŞTİ-nə yönləndirdi, Təhsil İdarəsinin də əməkdaşı gəldi oturdu direktorun otağında, onunla bir stəkan çay içib getdi".

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt