Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `Azneft` rəhbərliyinin nəzərinə: SABAH GEC OLACAQ...

`Azneft` rəhbərliyinin nəzərinə: SABAH GEC OLACAQ...


15-02-2023, 16:07
`Azneft` rəhbərliyinin nəzərinə: SABAH GEC OLACAQ...
DİA.AZ: - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı yenidən "Azneft İstehsalat Birliyinin rəhbərliyinə fəhlə müraciətini çatdırıb. DİA.AZ bildirir ki, bu dəfə təcili surətdə işçilərin sözünü yetirən hüquq-müdafiəçisi yazır:

"Azneft İB sahə üzrə məsul şəxslər! Neft Daşları 1, 4 və 5-ci mədən neftçiləri deyir ki:

Sabah günortadan sonra havanın yaxşı olacağı gözlənildiyi halda bizim iş növbəmizi dəyişmək istəmirlər.

Sabah növbə dəyişilməsə, 5 gün itirəcəyik.

"Qara Qarayev" gəmisi həmişə gün ərzində 3 reys edib. İstəsələr, sabah günortadan sonra növbəni dəyişə bilərlər".

DİA.AZ bildirir ki, bir günlük qüvvəsi olan bu ismarıcı çatdıran M.Qəhrəmanlı daha sonra qeyd edir: "Sonda neftçilər qeyd etdilər ki, insafınız olsun "müəllimlər"..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt