Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Beyləqanın başçısı ASFALT YEYİR

Beyləqanın başçısı ASFALT YEYİR


8-02-2023, 16:07
Beyləqanın başçısı ASFALT YEYİR
DİA.AZ: - "Təsəvvür edin, hər il Beyləqan rayonun şəhər daxili küçələrinin yollarının təmiri (asfaltlaşdırılması) üçün dövlət büdcəsindən yarım milyondan yuxarı (dəqiq rəqəmdir) maliyyə vəsaiti ayrılır. Cənab prezident İlham Əliyevin sərəncamına əsasən dövlət büdcəsindən təkcə Beyləqan şəhərinin daxili kücələrinin yol infrastrukturunun təmirinə ayırdığı bu qədər pulun qarşısında hələ də rayonun SMD -42 qəsəbəsi ünvanında yerləşən küçə illərdir ki, bu vəziyyətdədir. Dəfələrlə rayon icra hakimiyyətinə, ərazi icra nümayəndəliyinə və bələdiyyəyə orqanına müraciət etməyimizə baxmayaraq gördüyünüz kücənin yolu hələ də asfaltlaşdırılmır. Niyə?" DİA.AZ bildirir ki, bunu tanınmış jurnalist Ramin Məmmədoğlu öz "facebook" səhifəsində paylaşımında qeyd edir.

Daha sonra R. məhəmmədoğlu yazır: "İzin verin niyəsini də deyim. Ona görə ki, cənab prezidentin bu təyinat üzrə ayırdığı həmin vəsaitləri icra başçısı Asif Ağayev və ərazi icra nümayəndəliyi mənimsəyir. Bu faktdır.
Ən ucqar kənddə belə yol çəkildiyi bir vaxtda hələ də Beyləqanda gördüyünüz bu küçə sakinləri həm özləri, həmdə uşaqları zıgda-palçıqda əziyyət çəkirlər.
Əgər Asif Ağayev də bir azacıq vicdan deyilən bir şey varsa, bu küçənin yollarına əncam çəkəcək.
Qeyd edim ki, magistral yoldan küçənin axırina qədər 300 metr məsafə edir. Bu da 20 min manat vəsait təşkil edir. Hadı Asif Ağayev görüm səni. Məhrəm yerlərdə oturub arağ içib səni söyənlərə özünü göstər".

Beyləqanın başçısı ASFALT YEYİR
Beyləqanın başçısı ASFALT YEYİR

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt