Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sabunçunun icra başçısı üçün DƏYƏR QALMAYIB?

Sabunçunun icra başçısı üçün DƏYƏR QALMAYIB?


6-02-2023, 14:52
Sabunçunun icra başçısı üçün DƏYƏR QALMAYIB?
DİA.AZ: - "Mərhum Prezident Heydər Əliyevin ilk cangüdəni olan Əmir Hüseynovun evinin balkon artırmasını sökməyə başlayıblar". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.
H.Oğuz yazır: "Bu barədə bizə Əmir bəyin özü məlumat verib.
Onun sözlərinə görə, balkon, qonşusunun şikayəti əsasında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sökülür.
Maraqlıdır ki, Əmir bəyin digər qonşularının da bolkonlarının artırması var və amma nədənsə tək onun mənzili İcra Hakimiyyətinin “gözünə girib”.
Qeyd edək ki, Əmir Hüseynov Heydər Əliyevə öz sədaqəti ilə seçilən adamdır. Hətta aralarında elə güclü səmimiyyət olub ki, mərhum prezident ona “bacoğlu”, o isə Heydər Əliyevə “dayı” deyə müraciət edirmiş. Heydər Əliyevin yaxın çevrəsi dəfələrlə bunu ona iraq tutsalar da, mərhum Prezident “Əmir səmimi adamdır, onun mənə “dayı” deməsi sizin “Cənab” deməyinizdən daha dəyərlidir”, - bildirərək, ətrafını cangüdəninin üslubuna hörmət göstərməyə çağırıb.
İndisə onun yalnız balkonunun artırmasını sökürlər. Bu da Heydər Əliyevin yadigarına hörmətin əyani sübutu".

Sabunçunun icra başçısı üçün DƏYƏR QALMAYIB?
Sabunçunun icra başçısı üçün DƏYƏR QALMAYIB?

VİDEO BURADA: https://www.facebook.com/heyder.oguz/videos/718479206532179

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Geri qayıt