Əsas Səhifə > Güney Press, Reklam > “Nar”ın dəstəyi ilə Fibonacci Games oyunlarının finalı keçirilib

“Nar”ın dəstəyi ilə Fibonacci Games oyunlarının finalı keçirilib


3-02-2023, 16:31
“Nar”ın dəstəyi ilə Fibonacci Games oyunlarının finalı keçirilib
DİA.AZ: - “Nar”ın dəstəyi ilə ölkənin ilk intellektual-əyləncəli oyunu olan Fibonacci Games oyunlarının 9-
cu mövsümünün finalı keçirilib. Artıq 6-cı ildir ki, hər həftə yüzlərlə intellektual asudə sevənləri
Fibonacci Games oyunları bir yerə yığır. Bu mövsümün final oyununun qaliblərinə isə mobil
operator “Nar” dəyərli hədiyyələr təqdim edib.
Qeyd edək ki, intellektual hərəkatın kütləviləşməsində böyük rol oynayan Fibonacci Games
oyunlarının bu mövsümündə 40-dan çox komandaya müxtəlif sahələrdən olan suallar verilib.
Yarışın həm Azərbaycan, həm rus dillərində olması daha çox insanın bir araya gəlməsini təmin
edib.
Hər zaman müasir trendləri izləyən “Nar” mütərəqqi və proqressiv gənclərə dəstəyini bu cür
intellektual layihələrlə ifadə edir. Mobil operatorun bu istiqamətdə gördüyü işlərlə
https://www.nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

Geri qayıt