Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > ƏƏSMN-də baş verən dəyişikliklərin arxasında «sirrli qüvvə»

ƏƏSMN-də baş verən dəyişikliklərin arxasında «sirrli qüvvə»


15-01-2014, 12:15
ƏƏSMN-də baş verən dəyişikliklərin arxasında «sirrli qüvvə»
DİA.AZ: - Məlum olduğu kimi, əmək və əhalinin sosial müdafiəsi nazirliyində daha bir kadr islahatı həyata keçirilib. Bu dəfə isə «gənc kadrlara üstünlük verəcəyik» deyən Səlim Müslümov daha bir gənc kadrı işindən uzaqlaşdırdı. Xatırladaq ki, bu barədə keçən ay məlumat vermişdik və bildirmişdik ki, Səlim Müslümovun adından keçmiş nazir Fizuli Ələkbərovun dönəmindən qalma daha bir gənc kadra xəbərdarlıq edilib və ona bir ay vaxt verilib.

Və vaxt yetişdi, bu gün nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov tutduğu vəzifəsindən azad edildi. Onu da bildirək ki, bütün bu proseslərin - nazirlikdə keçmiş nazirə yaxın hesab olunan kadrların «vurulması» prosesinin arxasında sirli bir qüvvənin dayandığı haqda DİA.AZ-a məlumat verilib.

Əslində burada sirr yoxdur. Sadəcə olaraq, situasiya elə bir şəkildə yönəldilir ki, sanki nazirlik «QULDURLARDAN» təmizlənir. Halbuki Səlim Müslümov nazir təyin olunduğu gündən bəri həyata keçirilən bütün kadr islahatlarında yalnız bir mahiyyət qabarıq şəkildə diqqətə gəlib: SƏLİM MÜSLÜMOV KÖHNƏLƏRLƏ İŞLƏMƏK İSTƏMİR…

ƏƏSMN-də baş verən dəyişikliklərin arxasında «sirrli qüvvə»

DİA.AZ-a danışan məlumatlı mənbə maraqlı bir faktı da açıqlayıb: «Əslində Səlim Müslümovun adından onun nazir təyin olunduqdan sonra ƏƏSMN-nin aparat rəhbəri vəzifəsinə gətirdiyi Əjdər Ol bütün köhnə heyətlə danışıqlar aparır. Sonuncu dəfə də belə olub və Əjdər Ol İlham Məmmədovu keçmiş nazirə işləməkdə ittiham edib».

Hər halda, maraqlı bir məqamdır. Ən azından ona görə ki, Səlim Müslümov rəhbəri olduğu nazirlikdə Fizuli Ələkbərovun «casuslarının» peşinə düşüb. Tutalım, həqiqətən də keçmiş kadrlar ukeçmiş nazirlə münasibətlərini qoruyurlar. Hətta bu halda belə onların Fizuli Ələkbərova İŞLƏMƏLƏRİNİN heç bir anlamı qalmır axı…

Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, əslində Əjdər Ol tərəfindən yönəldilən bu prose sbir növ qisasçılıq müstəvisində həyata keçirilir. Mənbənin söylədikləri: «Faktiki olaraq Səlim Müslümov köhnədən olan ədavətini davam etdirir. Və Fizuli Ələkbərova yaxın hesab olunan bütün kadrları «vurmaqla» köhnədən qalan arzularını həyata keçirmiş olur».

Geri qayıt