Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bütün Astara sakinlərinin səbrini sınağa çəkirlər"

"Bütün Astara sakinlərinin səbrini sınağa çəkirlər"


19-01-2023, 12:20
"Bütün Astara sakinlərinin səbrini sınağa çəkirlər"
18.01.2023-cü il tarixində Astara rayon Ərkivan qəsəbə sakini Fuad Nuriyev yenidən "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımıza müraciət edib.

Fuad Nuriyev bir neçə gündür ki, təkrar-təkrar pay torpağının sənədlərini almaq üçün Dövlət Reyestr Xidmətinin Astara rayon nümayəndəliyinə getdiyini, lakin hər dəfəsində bir neçə saat növbə gözlədikdən sonra əliboş geri qayıtdığından gileylənib.

Vətəndaş bildirir ki, "reyestrin müdiri İlqarın yanında bir qadın oturur. Nə vaxt gedirik, o qadın ordadı, bayırda gözləyənlərə də deyirlər, "növbəni gözlə ". O qadın da axşama qədər ordan çıxmır ki, sənədimizi hazırlayaq.

Özüm də xəstə adamam. İkinci qrup əliləm. Əsəbimdən elə 4 dənə dərman orda idarədə içmişəm. Evə gələndən sonra 7 dənə dərman içmişəm, yenə də əsəblərim sakitləşmir.
Axı nə vaxta qədər belə davam edəcək?
Bir sənəd üçün mən bu yolları nə qədər gedib-gəlməliyəm ac-susuz?

Ərkivan bələdiyyəsinin sədri Mehman burda, reyestrin müdiri İlqar da orda mənim nəinki mənim, bütün Ərkivan - Astara sakinlərinin səbrini "sınağa çəkirlər"."

Qeyd edək ki, Fuad Nuriyevin bildirdiyinə görə "ruhi-əsəb xəstəsi"dir, ikinci qrup əlildir.
Bildirir ki, üzləşdiyi bu haqsızlıqlar və saymazlıqlarla bağlı İcra Hakimiyyətinə müraciət edib və məsələdən Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev də xəbərdardır.

Odur ki, Fuad Nuriyev redaksiyamıza müraciət edən etdikdən sonra, İlqar Malıyevə iki dəfə zəng etdik, dəstəyi qaldırmadı.

Aradan bir neçə saat keçdikdən sonra, telefonumuza zəng gəldi. Zəng edən şəxs "Sizin nömrədən iki dəfə zəng gəlib, kim idi" - deyə soruşdu.
Biz də onun kimliyini soruşduq, çünki, işimizlə bağlı biz gün ərzində çox nömrə ilə əlaqə saxlayırıq. Lakin, zəng edən şəxs israrla bizim kimliyimizi öyrənməyə çalışdı.

Dedik, "Biz jurnalistik, adınızı deyərdiniz, xatırlayaq kim olduğunuzu və zəng etməmizin səbəbini deyək ".
Zəng edən şəxs, "Hə Allah canınızı sağ eləsin " deyib, telefonu söndürdü. Ardından, nömrəyə baxıb, İlqar Malıyevin olduğunu bilən kimi, dərhal geri zəng etdik, lakin İlqar Malıyev bir daha dəstəyi qaldırmadı.

Doğrusu hər zaman problemsiz, tam qanunun tələbi ilə çalışdıqlarını iddia edən çox məmurların mətbuat fobiyasını hələ də anlamırıq. Halbuki, sadəcə bir kəlimə söz soruşacaqdıq.

Hər şeyə rəğmən redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt