Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda KÖHNƏ HAMAM... KÖHNƏ TAS...

Naxçıvanda KÖHNƏ HAMAM... KÖHNƏ TAS...


12-01-2023, 11:06
Naxçıvanda KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Naxçıvandakı dəyişikliklərdən ümidlənən sakinlərin şikayət üçün Ali Məclisə axını başlayıb. Onlar yerlərdəki məmur özbaşınalığı, rüşvət, korrupsiya və digər pozuntuların həll olunması üçün, prezidentin Naxçıvana yeni təyin etdiyi nümayəndəsi Fuad Nəcəfli ilə görüşməyə can atırlar. Lakin, onları Ali Məclisinin qapısında qarşılayıb, narazı yola salırlar. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a şikayətçilərin özləri məlumat verir. Övladının ölüm işinin düzgün aparılmaması dan şikayətçi olan Q. Nəcəfov deyir ki, dekabrın 27-də Ali Məclisə gedərək, yeni nümayəndə ilə görüşmək istəyib. Lakin, ona deyiblər ki, nümayəndə belə işlərə görə, şikayətçi qəbul etmir:
"Bu işlə bağlı ötən ay DTX-ya şikayət etmişdum. Nəticə olacağına ümid etmədiyim üçün, dekabrın 27-də yeni təyin olunmuş səlahiyyətli nümayəndənin qəbuluna düşmək istədim. Məni qəbula qatdılar. Şikayətçiləri " Ali Məclisdə ictimai Nəzarət Şurası" adlı qurumun universitetdən təyin olunmuş bir neçə üzvü qəbul edir. Məni bir neçə nəfər sorğu-sual etdi. Araşdırılacağını bildirdilər. Hiss etdim ki, başlarından edirlər. İsrar etdim ki, səlahiyyətli nümayəndə ilə görüşüb, şikayət ərzəsini təqdim etmək istəyirəm. Bildirildi ki, səlahiyyətli nümayəndə şikayətçiləri qəbul etmir, rayonlarda görüşə gedir. O, rayonlarda şikayətçilərlə görüşsə də, hələlik heç kimin şikayəti həll olunmayıb. Görünən odur ki, bu görüşlər özünü reklam üçündür".
Digər şikayətçi A. Məmmədov deyir ki, onu da Fuad Nəcəflinin qəbuluna buraxmayıblar:
"Bir neçə gün əvvəl mülkiyyət hüququmun pozulması ilə bağlı yeni gələn səlahiyyətli nümayəndə ilə görüşmək istədim. Dedilər ki, qəbul yoxdur. Məni yönəltdilər Ali Məclisin qəbul şöbəsinə. Orada bir neçə xanım və bəy oturmuşdu. Onlar mənə suallar verdilər, görüntü üçün qeydiyyat apardılar. Lazımsız suallar soruşurdular. Dedilər ki, araşdırıb sizə nəticəni bildirəcəyik. Bir sözlə, başlarından etdilər".
A. Məmmədov bildirir ki, qəbulda çoxlu sayda insan olub. Onların hamısını eyni qaydada başdan edib, yola salıblar.

Geri qayıt