Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət idarələrindəki ixtisarların ŞOK SİRRİ

Dövlət idarələrindəki ixtisarların ŞOK SİRRİ


13-01-2014, 13:52
Dövlət idarələrindəki ixtisarların ŞOK SİRRİ
DİA.AZ: - Son günlər bir sıra dövlət qurumlarında müşahidə olunan kütləvi ixtisarlar böyük rezonansla müşaiyət olunmaqdadır. Artıq neçə gündür ki, nəqliyyat sektorunun işçiləri ayaqdadır. İxtisara salınan vaqon bələdçiləri Prezident Administrasiyasının, Nazirlər Kabinetinin qarşısına qədər gedib çıxıblar.

Eyni qaydada Dövlət Nefti Şirkəti də minlərlə işçisini narazı salıb. Doğrudur, hələlik ARDNŞ rəhbərliyi ehtiyatlı davranmağa üstünlük verir. Amma gələn anonslardan da anlaşılanı budur ki, 10 min işçi təkcə neft sektorundan çıxdaş ediləcək.

Nə baş verir? Nədən durub-dururkən nəqliyyat nazirliyi, ARDNŞ və digər dövlət qurumları üçün ixtisar zərurəti yaranıb? Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalar ortaya ilginc faktları çıxarıb.

Bu barədə redaksiyamıza danışan mötəbər mənbə iddia edir ki, əslində dövlət qurumlarındakı ixtisar buna qədərki süni şişirtmələrin, maliyyə maxinaasiyalarının, bir sözlə korrupsiyanın qarşısının alınmasına hesablanıb:

«Diqqət yetirin. Əsasən kütləvi ixtisarlar həyata keçirilir. Çünki dövlətin müvafiq qurumları araşdırma aparıb. Aydın olub ki, bu vaxta qədər maraqlı dairələr süni şəkildə ştatları artıraraq dövlət büdcəsindən böyük pulları oğurlayıblar.

Acınacaqlı orasıdır ki, indi bu maxinasiyaları həyata keçirən şəxslərə söz deyən yoxdur. Amma əvəzində prosesin qurbanı olan işçilər iş yerlərini itirirlər. Onlar havayı çörək yeməyiblər. İşləyiblər. Amma iş rejimləri və qrafiklər ela qurulub ki, nəticədə korrupsiya yolu ilə büdcə pulları mənimsənilib».

Mənbəmiz iddia edir ki, məhz buna görə - yalançı ştat şişirtmələrinə görə daha bir neçə dövlət qurumu da məcburi ixtisarlara gedəcək: «Burada məqsəd korrupsiyanın qarşısının alınması olsa da, minlərlə işçinin taley idə sual altına düşür. Diqqət yetirin. ARDNŞ rəhbərliyi ehtiyat tədbirləri görür ki, işsiz qalacaq vətəndaşların problemi həll olunsun. Yəni onlar üçün yeni iş yerlərinin yaradılması planlaşdırılır. Və bundan sonra daha kütləvi ixtisarlar olacaq».

Geri qayıt