Əsas Səhifə > Güney Press, Şou-biznes > "Onların səsini yaymaq, xəbəri olmayanları xəbərdar etmək çox vacibdir"

"Onların səsini yaymaq, xəbəri olmayanları xəbərdar etmək çox vacibdir"


2-01-2023, 09:34
"Onların səsini yaymaq, xəbəri olmayanları xəbərdar etmək çox vacibdir"
"Azərbaycan üçün, onun dövlət müstəqilliyi üçün çox önəmi olan bu aksiyanın dəstəklənməsi hamının borcudur".

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, birinci növbədə ağsaqqallar, ziyalılar, tanınmış ictimai şəxslər bu aksiyaya dəstək verməlidir:

"Mənə elə gəlir ki, ən yaxşı dəstək həmin aksiyaya qoşulmaq, etirazçıların yanında olmaq, səsini onların səsinə qoşmaqdır. Bu, ən yaxşı addımdır. İkinci əlbəttə ki, mənəvi dəstək verməkdir. Yazmaq, onları ruhlandırmaq, onların səsini yaymaq, xəbəri olmayanları xəbərdar etmək çox vacibdir".

"Hesab edirəm ki, bu iki məsələ öndədir və biz bu soyuqlu-şaxtalı havada orada dayanan, ölkənin təəssübünü çəkən bizim vətəndaşlarımıza hər cür maddi, mənəvi dəstək verməliyik və bunu birinci növbədə ziyalılar, tanınmış ictimai fiqurlar etməlidirlər"-deyə, professor əlavə edib.

Geri qayıt