Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ağcabədidə vətəndaşın dərdini eşidən yoxdur...

Ağcabədidə vətəndaşın dərdini eşidən yoxdur...


21-12-2022, 13:04
Ağcabədidə vətəndaşın dərdini eşidən yoxdur...
DİA.AZ bildirir ki, Ağcabədi rayonu, Yuxarı Qıyamədinli kənd sakini Quliyev Rəhman Vəlihəddin oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub.

“2022-ci il olmasına baxmayaraq, biz su tapa bilmirik”, - deyən R.Quliyev bildirir ki, kənd sakinləri illərdir susuzluqdan əziyyət çəkir.

“Suyu eşşəklə başqa yerdən gətiririk”,- deyə o, bildirir.

Qeyd edək ki, məsələ ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cavb ala bilmədik. Belə çıxır ki, onlar da “susuzluqdan əziyyət çəkir”, telefonlara cavab verə bilmirlər.

Şikayətçinin bizə göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:


VİDEO BURADA:
https://www.facebook.com/hurriyyet.org/videos/1309448216296756/?t=0
Geri qayıt