Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nəsiminin icra başçısı şübhəli əlaqələrinin qurbanı olur

Nəsiminin icra başçısı şübhəli əlaqələrinin qurbanı olur


10-01-2014, 18:11
Nəsiminin icra başçısı şübhəli əlaqələrinin qurbanı olur
DİA.AZ: - “Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və daha iki raypnun icra başçısının sərəncamları hazırdır”. Bu barədə DİA.AZ-a hpkumət içindəki mənbələrdən informasiya ötürülüb. Xəbəri verən qaqynaq iddia edir ki, Nəsib Məhəməliyev səbəbsiz yerə görəvdən alınmır. Adı hətta kriminalda belə hallandırılan icra başçısının son günlər müdafiəsi belə çətinləşdiyindən himayədarlarının da ondan imtina etdiyi bildirilir.

Qeyd edək ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı barədə bu günlərdə ilginc faktlar açıqlandı deyilirdi ki, o, Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipovla belə dostdur və bu dostluğun özündə də şübhəli məqamlar yetərincədir.

Bildirək ki, icra başçısının qardaşı Əhməd Məhəməliyevin adı da şübhəli olaylarda hallandırılır. Xəbər portallarının birində yer alan informasiyaya görə, Əhməd Məhəməliyev Dağıstandan Bakıya bir dəstə idmançı gətirərək onları paytaxtda yerləşdirib. İndi isə Əhməd Məhəməliyevin Rusiyanın Saransk şəhərində “polojeniya”ya baxmağından və qardaşı Balakənə başçı təyin olunandan sonra rayona qayıdıb qardaşının sağ əli olması haqda ilginc faktlar mətbuatda işıqlandırılır ki, bunlar da ciddiyə alınmalıdır.

Məlumatlara görə, Əhməd Məhəməliyevin Balakəndə də idmançı dəstəsi saxlayaraq Dağıstandakı idmançı dəstələri ilə sıx əlaqə qurub. Sonra Nəsib Məhiməliyev Bakıda Nəsimi rayonunun başçısı təyin olunanda Əhməd də Bakıya üz tutub. Bakıda da Əhməd yenə də Dağıstandakı idmançı dəstələrinin üzvlərinə hər cürə şərait yaradaraq müxtəlif işlərlə məşğul olur. Ə.Məhəməliyevin ancaq elə Nəsimi rayonunun ərazisində demək olar ki, 25 miliyon dəyərində əmlakı var. Bu əmlaklar yalnız Ə.Məhəməliyevə məxsusdur.

DİA.AZ-a daxil olan son bilgilərdə də vurğulanır ki, artıq bu kimi əlaqələri bu qardaşları hədəfə mevirib. Ilkin addım kimi isə Nəsib Məhəməliyevin postundan alınması planlaşdırılır.

Geri qayıt