Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı


17-12-2022, 11:16
Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı
Naxçıvanda gedən proseslər ölkə gündəminin ən aktual mövzusuna çevrilib. Dövlət Təhlükəsizliyi Xidmətinin muxtar respublikada keçirdiyi əməliyyatlardan sonra külli miqdarda mənimsəmə faktları ortaya çıxarıldı və silsilə həbslər oldu. İndiyədək Naxçıvanın ləğv edilmiş Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, muxtar respublikanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi açıqlanıb. Bu, çox ciddi rəqəmdir. Əlbəttə ki, bu qədər vəsaiti həbs edilən adamların tək mənimsəməsini düşünmək sadəlövhlük olar.

Naxçıvanda uzun illərdir, korrupsiya, mənimsəmə mexanizmi qurulmuşdu. Muxtar respublikada korrupsiyanın, dövlət vəsaitinin mənimsənilməsi üçün qurulun sistemin başında duran məmurlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovdur. Gənc yaşlarından Vasif Talıbovun yanında çalışan, onun bütün qeyri-qanuni göstərişərini icra edən Azər Zeynalovun o vəzifədə qalması doğru deyildir. Vasif Talıbovla bərabər o da istefa verməli və cəzalandırılmalıdır.

DİA.AZ TNS-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə Azər Zeynalova məxsus olduğu bildirilən milyonluq mülklərin fotoları yayılıb. Bu faktlar Zeynalovun Naxçıvanda çirkaba bulaşmış, dövlət vəsaitlərini mənimsəyən, korrupsiya ilə məşğul olan məmurlardan olduğu faktını təsdiqləyir.

Təhlükəsizlik səbəbindən adını açıqlamadığımız Naxçıvanın yüksək vəzifəli məmuru TNS-in əməkdaşına bildirib ki, Azər Zeynalov Vasif Talıbovun “qara kassası”dır. Muxtar respublikadakı əksər məmurlar hər ayın sonunda Azər Zeynalovun kabinetində “hesabat” verirdilər. Naxçıvanın nazirlərindən tutmuş xəstəxana baş həkimlərinə qədər hər kəs büdcədən oğurladıqları, rüşvət kimi aldıqları vəsaiti Azər Zeynalova çatdırırdılar. Deməli, Naxçıvanda qayda belə imiş. Məmurlar qeyri-leqal yollarla əldə etdikləri vəsaiti Azər Zeynalova verir, birinci müavin isə gətirilən vəsaitin 20 faizini həmin məmura qaytarırmış. Bütün məmurlardan yığılan pulların isə 20 faizi sonda xan tərəfindən Azər Zeynalova verilirmiş.

Vasif Talıbovun tam etibarını qazandığından Azər Zeynalova muxtar respublikada “gözün üstə qaşın var” deyən olmayıb. O da bu etibardan istifadə edərək fantastik sərvətə sahib olub. İndi Azər Zeynalovun mülklərinin, obyektlərinin sayı hesabı yoxdur. Təkcə Naxçıvan Üzgüçülük Mərkəzinin arxasındakı ərazidə Azər Zeynalova məxsus bir neçə malikanə var, bir villa isə yeni tikilir.

Bundan başqa, Naxçıvanın Gənclər və İdman Nazirliyinin yaxınlığındakı ərazidə Zeynalova məxsus 4 mərtəbəli bina, elə həmin məhəllədə böyük bir villa var.

Naxçıvanın məşhur “Dörd fəsil” restoranı, “Dəyirmançı” restoranlar şəbəkəsi, Şərur şəhərindəki “Vağzalı” şadlıq sarayı da Azər Zeynalova məxsusdur.

Azər Zeynalovun qardaş Müşfiq Zeynalovun nəzarət etdiyi avtomobil servisi də Zeynalovlara hər ay yüz min manatlar qazandırır. Çünki Naxçıvandakı dövlət təşkilatlarının və məmurların bir hissəsi öz avtomobillərini baha qiymətə bu servisdə təmir etdirməli idilər. Niyə bir hissəsi, çünki əksər avtomobillərin təmir işi Talıbovlar ailəsinə məxus olan “Cahan” servisdə aparılırdı.

Azər Zeynalovun sərvətləri, qanunsuz əməlləri ilə bağlı redaksiyamızda hazırlanan geniş yazını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Hələlik isə sosial şəbəkələrdə yayılan fotoları təqdim edirik:


Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Naxçıvan şəhərində dördmərtəbəli yataqxana binası

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Naxçıvan şəhərində Azər Zeynalovun oğluna məxsus villa

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Naxçıvan şəhərində Azər Zeynalovun ailəsinə məxsus olan və tikintisi davam etdirilən villa

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Şərur şəhərində "Vağzalı" şadlıq sarayı

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Babək rayonu ərazisində "Dörd fəsil" restoranı

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Naxçıvan şəhərində "Dəyirmançı" restoranı

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Naxçıvan şəhərində avtomobil servisi

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Şərur şəhərində ev

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı

Naxçıvan şəhərində "İstedad" kurslarının binası
Geri qayıt