Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar...

Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar...


8-12-2022, 08:25
Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar...
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...

Əvvəli burada: Acı Naxçıvan reallıqları... - İLGİNC FAKTLAR

***

Sədərək polisləri ağır iş rejiminə etiraz edirlər

Dünən Sədərək rayonunun polisləri iş saatı rejiminə etiraz ediblər.
Polislərdən bəziləri özlərini yandıracaqlarını deyiblər.
Bildirilir ki, Naxçıvanın əksər polis idarələri kimi Sədərək polisləri də istirahət etmədən asayiş keşiyində dayanırlar. Bu da onlarda ciddi narazılıqlara yol açır.
Mənbəmizin fikrincə, bu etirazların digər rayon polis idarələrinə sıçraması da istina edilmir.

***

Naxçıvanın Rabitə və Yüksək Texnologiyalar naziri Vüsal Sevdimalıyevin saxlanıldığı iddia olunur.

***

Naxçıvandan bir hərbçi dünən mənə muştuluq göndərmişdi. Nöqtə-vergülünə toxunmadan paylaşıram:
"Salam Heydər bəy. Nəhayət ki, 30 illik Azərbaycan Respublikası sözünə həsrət ilə baxdığımız günləri artıq yavaş yavaş geridə qoyuruq. Naxçıvanda xidməti qrumlarda "Vergi xidməti, Miqrasiya xidməti, Səfərbərlik xidməti və kimi digər xidmətlərə" bu gün Ali Məclisin, Ali hüquq şöbəsinin savadsız sədri "Gestapo" Cəlil Rüstəmov tərəfindən xanın Fərmayişi çatdırılıb. Fərmayişə əsasən, bütün loqolara Azərbaycan Respublikası sözləri yazılmalıdır. Yəni Cənab Prezidentin Sərəncaml ilə tərtib olunan dövlət atributları əvvəlki vəziyyətinə qaytarırlar. Əlbətdə bu, Heydər Öğuzunun zəhməti sayəsində həyata keçirildi. Naxçıvan Xalqının, xan həzrətlərinin əsarətindən qurtarmaq ümidi ilə dualarımız sizinlədir Heydər bəy.
NAXÇIVAN AZƏRBAYCANDIR!"
Bu gün aldığım məlumata görə, artıq bir çox hərbi qurumlarda çalışanlar bir qolunda "Azərbaycan Respublikası" şevron, digərində isə üçrəngli bayrağımız yapışdırılmış geyimlə işə gəliblər.
Hər kəs bu hadisəyə sevinir.

***

Bir başqa hərbçi yazır: "İnanın, dostum elə sevinclə zəng etdi ki, bəs oğlum bu gün formasının üstündə Azərbaycan Respublikası yazılan qol nişanı ilə evə gəldi".

***

Naxçıvanda bayramdır.
İddialara görə, iməcliklər ləğv olunub;
Saat 18-dən sonra işləmək yoxdur.
Dövlət qurumlarının adına "Azərbaycan Respublikası" sözü əlavə olunub.

***

"Keçən il bu vaxt Naxçıvanda pomidorun kilosu 24 manat idi. İndi 1.50-2 manat arasında dəyişir".

***

Sədərək polisi niyə üsyana qalxdı?

Sədərəkdə dünən polislərin keçirdiyi etiraz aksiyasının səbəbləri aydın oldu.
Polislərin dediklərinə görə, onlar çox ağır iş rejimində işləyirlər. 1 sutka işdə, 1 sutka evdə. Üstəlik, postları təhvil almaq və vermək, hər səhər sıraya düzlənmək, rəisin məruzələrini dinləmək kimi hərəkətlər də bir neçə saat vaxt aparır. Beləcə, faktiki olaraq hər günaşırı 28 saat istirahətsiz işləmək, 20 saat dincəlmək onların həyatını çəkilməz hala gətirir. Halbuki əmək qanunvericiliyinə görə, 24 saat işləyən hər kəs ən azı 48 saat dincəlməlidir. Onların isə bu hüququ kobud şəkildə pozulur.
Dünən bu vəziyyətlə barışmayan Sədərək polisləri etiraz aksiyası keçiriblər. Etirazçıları sakitləşdirmək üçün MR Daxili İşlər naziri Rəşad İsmayılov və onun müavini Zahid Gözəlov Sədərəyə gedib. Amma polisləri sakitləşdirmək asan olmayıb. Bəzi polislər hətta özlərini yandıracaqları ilə naziri və müavinini təhdid edib.
Polis etirazlarının Naxçıvanın digər rayonlarına da sıçraya biləcəyi ehtimalı var.

***

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov bu gün növbəti dəfə Bakıya gətirilib.
Qeyd edək ki, H.Rüstəmov 1 həftə əvvəl də Bakıya çağırılıb sorğuya alınmışdı. Onun ikinci dəfə sorğuya çağırılması torbada pişik olduğundan xəbər verir. Təbii ki, söhbət Qara Pişikdən getmir. Hicran Rüstəmovun torbasındakı pişik onu uzaqlara apara bilər.

***

Davamı mütləq olacaq...

***

Bütün iddia olunanlarla bağlı dia.az olaraq adları çəkilən qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq...

Geri qayıt