Əsas Səhifə > Güney Press, Reklam > Azərbaycanlı mütəxəssisin ABŞ-da kitabı nəşr edilib

Azərbaycanlı mütəxəssisin ABŞ-da kitabı nəşr edilib


9-01-2014, 10:30
Azərbaycanlı mütəxəssisin ABŞ-da kitabı nəşr edilib
DİA.AZ: - Azərbaycanlı mütəxəssisin ABŞ-da “Oracle Backup and Recovery - Expert Secrets for using RMAN and Data Pump” adlı kitabı nəşr edilib. DİA.AZ-a daxil olan məlumatda belə deyilir.

Qafqaz Universitetinin müəllimi və “AzerCell” şirkətində administrator vəzifəsində çalışan Kamran Ağayevin hazırladığı bu kitabda verilənlər bazasının nüsxəsinin alınması və problemli anlarda alınmış nüsxədən geri qaytarılma üsullarından bəhs olunur. Məlumat üçün bildirək ki, K.Ağayev Qafqaz Universitetinin məzunu olub və təhsilini İnformasiya Texnologiyalar İnstitutunda doktoranturada davam etdirir. Azərbaycanlı mütəxəssis Oracle verilənlər bazasından “Professional”, “Expert” və “Master” sertifikatlarına sahibdir. Eyni zamanda “Oracle” şirkəti tərəfindən “ACE Director” mükafatına layiq görülüb.

Geri qayıt