Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir

Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir


29-11-2022, 14:14
Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yerlərdə təyin etmiş olduğu kadr korpusu vətəndaşla dövlət arasında uçurm yaradır.Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılması istiqamətində aparılan “Ünvanlı dövlət sosial yardımi” siyasəti bölgələrdə ciddi narazılıqlara səbəbə olub.Hər kəs bu dövlət qurumunda baş verən özbaşınalıqlardan danışır.Belə olmasaydı bu nazirin məsuliyyətsizliyi ucbatından cayca 45 Qarabağ Qazisi nə özünü yandırmağa əl atardı nə də ki, yüzlərlə qazimiz intihara cəhd edərdi.
Dövlətimiz daha çox aztəminatlı və xüsusi diqqət tələb edən ailələrin sosial qayğılarının həllinə çalışdığı bir zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi Goranboy rayonun Xoylu kəndində məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün 2 azyaşlı uşaq anası, Səadət İman qızı İbrahimovanın “Ünvanlı dövlət sosial yardımi”nı dayandırıb.
Bu haqda Dünyanınsəsi.Az saytına Səadət İbrahimavanın həyat yoldaşı Tural İbrahimov tərəfindən video-şikayət daxil olub.
Şikayətçi Goranboy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (ƏƏSMM) sənədlər qovluğu təqdim edib.Ona sənədlərin qaydasında olduğunu deyib yola salıblar. Sonradan şikayətçinin yaşadığı ünvana ƏƏSMM-nin nümayəndəsi gəlib. Qardaşı Arif İbrahimova məxsus olan VAZ 2106 markalı 35 BL 503 dövlət qeydiyyatlı avtomobili həyətdə görüb deyiblər ki, bu maşın sizə məxsusdur? Həm də qardaşına məxsus olan uzunluğu 3 metr eni 2 metr olan əl damını qapılarının açılmasını da tələb ediblər.

Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir

Ərazidə qardaşı Natiq ibrahimova məxsus olan qaz, ördək və digər quş növlərini görərək deyir ki, sizin ailənizə ünvanlı sosial yardım düşmür.Tural İbrahimovda komisiya üzvülərinə bildirib ki, rüşvət gözləyirlərsə, rüşvət verməyə pulum olsaydı, hökumətdən yardım dilənməzdim.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziriliyinin vətəndaş Səadət İbrahimovaya göndərmiş olduğu imtina ilə bağlı cavabı təqdim edirik:
“Səadət İbrahimovanın ünvanlı dövlət sosial yardımla bağlı 25.10.2022-ci il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı Səadət İbrahimovanın həyətində nəqliyyat vasitəsi aşkarlanıb. O, avtomobilin qaynına məxsus olduğunu bildirsə də, heç bir sənəd təqdim edilməyib. Bundan başqa həyətyanı sahədə qapısı qıfıllı olan otaqlardan birinə baxış keçirməyə şərait yaradılmayıb və yardımçı təsərrüfat barədə məlumatın düzgün göstərilmədiyi aşkarlanıb. Bu səbəblərə görə Səadət İbrahimovanın sosial yardımla bağlı müraciətinə imtina cavabı verilib”.
Hörmətli Sahil Babayev “Dünyanınsəsi” olaraq sizə komisiyanın yalan məlumat verməsini aşağıda təqdim etdiyimiz sənədlərlə sübut edirik.Və bildiririk ki, sözegedən avtomobil təqdim etyimiz texniki posportla kimə məxsus olmasını araşdırın.

Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir
Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir

Redaksiya olaraq aprdığımız araşdırma nəticəsində məlum oldu ki, sözügedən avtomobil etibarnamə ilə Tural ibrahimovun qardaşı Arif Misir oğlu İbrahimova məxsusdur.Qaldıki nazirliyin “quş-muş” söhbətinə harda yazılıb ki, “ünvanlı sosila yardım” alan kəndli toyuq-cücə saxlaya bilməz? Kim kəndlini bu hüqudan məhrum edə bilər?
Həm də sözügedən nazirlik sistemdə özləri araşdırma aprıb dəqiqləşdirə bilmirlər ki, mübahisə predmeti olan mülk kimin adınadır?
Məlumat üçün qeyd edək ki, Tural ibrahimovlar ailəsi Kəlbəcərdən köçkün düşən vaxtdan 4 qardaş ailə üzvüləri ilə birlikdə dövlətə məxsus olan bir binada məskunlaşıblar.
Sonda Kəlbəcər sakini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən xahiş edir ki, ünvanlı sosial yardımla bağlı nümayəndənin doğru olmayan məlumatını təkrar komisiya tərəfindən yerindəcə araşdırılmasına göstəriş verəsiniz

Vətəndaşın Sahil Bayevə ünvanlanmış olduğu video-şikayəti təqdim edirk:
//Dünyanınsəsi.Az//


Geri qayıt