Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Saytları kim və niyə vurur? - Ortada iqtisadi maraq var!

Saytları kim və niyə vurur? - Ortada iqtisadi maraq var!


5-01-2014, 16:21
Saytları kim və niyə vurur? - Ortada iqtisadi maraq var!
DİA.AZ: - Məlum olduğu kimi, son günlər Azərbaycanın ayrı-ayrı xəbər portalları hakerlərin hücum hədəfinə çevrilib. Gündəlik girişi baxımından hətta populyar olmayan internet saytlarının da hədəfə alındığı bu proseslə bağlı müxtəlif informasiyalar, şaiyələr yayılmaqdadır. Və ən acınacaqlı olanı isə odur ki, DÖVLƏT - DÖVLƏTİN MÜVAFİQ QURUMLARI baş verənlərə seyrçi qalır.

Bildirək ki, dekabr ayının ortalarından etibarən başlayan proses nəticəsində DİA.AZ da ciddi hücum hədəfinə çevrilib və hətta portalımız bir neçə dəfə serverini dəyişmək zorunda qalıb.

Saytlarımızı hədəfə alan kimdir? Hər halda, bu sualın cavabı mütləq verilməlidir. Ən azından ona görə ki, ortada bir cinayət əməli var. Bəlkə də bu gün saytları hədəfə alanlar hansı dərəcədə cinayət törətdiklərinin fərqində deyillər. Bəlkə də fərqindədirlər və arxalarında dayanan qüvvələrdən ilham aldıqlarındandır ki, ağına-bozuna baxmadan əməllərini sürdürürlər.

Təbii ki, burada kimlərinsə «bizi iqtidar vurur» deməsi də anlamsızdır. Çünki elə hakimiyyətin siyasətini dəstəkləyən portalların da eyni qaydada haker hücumlarına məruz qaldığı məlumdur. Məsələn, «kaspi.az», «hafta.az» saytları belə bu gün hücumların hədəfindədir ki, bu da baş verən prosesdə siyasi çaların axtarılmasının absurd olduğunu təsdiqləyir.

Apardığımız araşdırmalar da təsdiqləyir ki, əslində bu işdə siyasi yox, iqtisadi maraqlar öndə gəlir. Bununla bağlı DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, saytlara hücumlar eyni mərkəzdən yönəldilir. Və bəlli olur ki, burada başlıca maraq saytları hansısa sirli qüvvənin nəzarəti altına alınmasından ibarətdir. Yəni əvvəllər çox ucuz qiymətə fəaliyyətini quran saytlar indi məcburi qaydada bahalı müdafiə və bahalı server xidmətinə müraciət etmək zorunda qalırlar ki, bu işdə də maraqlı tərəflərin olduğu danılmaz faktdır.

Yəni kimlərsə bu gün saytları BAHALI FƏALİYYƏTƏ vadar etməyə çalışır. Və bir daha vurğulayırıq, bütün bu proseslər üçün sükutla müşahidə olunur.

Geri qayıt