Əsas Səhifə > Güney Press, Reklam > Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraqlar paylanıldı

Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraqlar paylanıldı


10-11-2022, 07:57
Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraqlar  paylanıldı
DİA.AZ: - Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları
İttifaqı, Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. 8 Noyabr “Zəfər günü” və 9
Noyabr “Bayraq günü” münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olundu.

DİA.AZ xəbər verir ki, təşəbbüs “Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində
həyata keçirilib. Vətəndaşlarımızın böyük sevinc və qürur hissi ilə qarşıladığı layihədən
görüntüləri buradan izləyə bilərsiniz:



Bildirək ki, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan xalqına
qələbə sevincini yaşadan qəhrəman əsgərləri və onların övladlarını, eləcə də hərbi
əməliyyatlardan zərər çəkən mülki əhalini əhatə edən mühüm əhəmiyyətli layihələr həyata
keçirməkdədir. Bu istiqamətdə mobil operatorun layihələri haqqında ətraflı məlumatı
https://www.nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

Geri qayıt