Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb?

Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb?


3-11-2022, 11:23
Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb?
Lerik rayonun Loda kəndində tikilmiş modul tipli məktəb binası podratçı ilə mübahisələrə görə bağlı qalıb. Uşaqlar artıq ikinci dərs ilidir ki, oxumaq üçün yeni məktəbə gedə bilmirlər.

Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb?

DİA.AZ AFN-ə istinadla bildirir ki, bu barədə yerli sakinlər məlumat verib.

Qeyd olunur ki, dövlət maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atır. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı məktəbi bağlı, fəhlələri pulsuz qoyub. Tikintidə çalışmış sürücünün sözlərinə görə, Lerikdə 3 belə modul məktəbin tikilməsinə 700 min manat ayrılsa da subpodratçı bu məbləğin cəmi 200 min manatını aldığını iddia edib.

Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb?

Tikintinin aparılması üçün Astaranın tikinti malları satılan mağazalarından təyinat üzrə mallar alınıb, amma pullar ödənilməyib.

Şikayətçilərin sözlərinə görə, dəfələrə bu barədə müxtəlif rəsmi qurumlara müraciət etsələr də nəticə olmur. Vəziyyət isə bu qaydada davam edir: Şagirdlər uçuq, köhnə məktəbdə oxumaqda davam edir, yeni binanın qapısı isə qıfıllıanıb.
Təhsil Nazirliyinin məsələyə laqeydliyi isə təəccüb doğurur.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə ərazisində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncama əsasən ölkə ərazisində modul tipli məktəblərin tikilməsi üçün maliyyə ayrılıb. Sonuncu belə sərəncam bu ilin sentyabrında imzalanıb. Həmin sənədə əsasən Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

Geri qayıt