Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Meşələri dədə malı kimi də yox, düşməncəsinə qarət edirlər...
Meşələri dədə malı kimi də yox, düşməncəsinə qarət edirlər...1-11-2022, 11:43 |
DİA.AZ: - Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev erkən yola salına bilər. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynağın iddialarına görə, Muxtar Babayev ona olan etimadı demək olar ki sonuna qədər tükədib. Mənbənin dia-az.life-a söylədikləri: "Son zamanlar ETSN sistemindəki durum onu hədəfə çevirib. Muxtar Babayevin işçiləri qoruqları, meşə torpaqlarını dədə malı kimi də yox, düşməncəsinə qarət etdiklərindən bu gün onlarla cinayət işi araşdırması qüvvədədir. Belə olan şəraitdə nazirə "sağ ol" deyilə bilməz və yaxən günlərdə yekun qərar verilə bilər". *** Qeyd edək ki, Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı seçilib. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilmişdir. 2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. *** İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |