Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səhiyyə Nazirliyi Prezidentin ŞUŞA PLANINA QARŞI...

Səhiyyə Nazirliyi Prezidentin ŞUŞA PLANINA QARŞI...


31-10-2022, 11:44
Səhiyyə Nazirliyi Prezidentin ŞUŞA PLANINA QARŞI...
Səhiyyə Nazirliyi Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi ( 1-ci mərhələ) ilə bağlı açıq tender elan edib.

Səhiyyə Nazirliyi Prezidentin ŞUŞA PLANINA QARŞI...

DİA.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, sənəd qəbulu 7 dekabr 2022-ci il tarixinə kimi davam edəcək.

Səhiyyə Nazirliyi Prezidentin ŞUŞA PLANINA QARŞI...

Məlumat üçün bildirək ki, ötən il noyabr ayının 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılması barədə Sərəncam imzalayıb.

Səhiyyə Nazirliyi Prezidentin ŞUŞA PLANINA QARŞI...

Göründüyü kimi, təməlqoyma mərasimindən bir ilə yaxın vaxt ötsə də, Səhiyyə Nazirliyi xəstəxananın tikintisinə hələ başlamayıb.
Onu da qeyd edək ki, bu il may ayının 19-da Şuşada keçirilən “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, artıq Şuşada xəstəxana və orta məktəbin də inşası prosesi sürətlənməkdə və şəhərin həyat rejimi bərpa olunmaqdadır.
Məsələ ilə bağlı sullarımızı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə ünvanladıq. Nazirlikdən bildirdilər ki, onlar sullara yazılı formada cavab verirlər. Nazirlikdən məsələ ilə bağlı açıqlama verilərsə, yazıya əlavə olunacaq.

Geri qayıt