Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell”in xidmətlərində yaranmış fasilənin səbəbi məlum olub

“Bakcell”in xidmətlərində yaranmış fasilənin səbəbi məlum olub


23-09-2022, 17:32
“Bakcell”in xidmətlərində yaranmış fasilənin səbəbi məlum olub
DİA.AZ: - Məlum olduğu kimi, sentyabrın 21-də axşam saatlarında yaranan texniki nasazlıq nəticəsində “Bakcell” xidmətlərindən istifadə etmək mümkün olmayıb.

Şirkətdən DİA.AZ-a verilən məlumata görə, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir.

21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə “Nokia” ilə birlikdə aparılan genişmiqyaslı moderinizasiya işləri ilə bağlı olub.

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.

Geri qayıt