Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Müştərisi `Kontakt Home` şirkətini VİCDANA DƏVƏT ETDİ...

Müştərisi `Kontakt Home` şirkətini VİCDANA DƏVƏT ETDİ...


8-09-2022, 11:51
Müştərisi `Kontakt Home` şirkətini VİCDANA DƏVƏT ETDİ...
DİA.AZ: - "Şikayətim "Kontakt Home" mağazalarından və servis mərkəzindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Günel Aylim adlı istifadəçi giley edir.

Müştərisi `Kontakt Home` şirkətini VİCDANA DƏVƏT ETDİ...

Narazı vətəndaş daha sonra yazır: "Belə ki, iyul ayından bəri təmir adıyla təhvil alınan televizorun təmiri hələ də əsassız səbəblərlə geri təqdim edilməməkdədir.
Gah ehtiyat hissəsinin 16 avqustda gələcəyi, gah təmirin 2-3 sentyabrda, qeyd olunan tarix keçdikdən sonra indi də 9 sentyabr tarixində olunacağı deyilməkdədir.
Buradan Kontakt Home -a səslənərək demək istəyirəm ki, satılan mallar deyil, o malları satdığınız biz müştərilər sayəsində əmək haqqı ala, vergi və digər sosial ödənişlərinizi vaxtında ödəyə bilirsiniz, yəni qısacası, şirkətinizin dövriyyəsi sayəmizdə yaranmaqda və artmaqdadır.
Xahiş edirik, fəaliyyət göstərərkən deviziniz əsas olaraq müştərilərin məmnunluğu və göstərdiyiniz xidmətlərin keyfiyyətli olması və ən əsası, dəqiqliyiniz olsun. "Kontakt - sevindirir" ifadəsinə layiq olaraq.
Həmçinin, qeyd edim ki, vaxtında təhvil verilməyən mallara görə müvafiq orqanlara müraciət etməyimiz də yolveriləndir. Əldə bizə yanlış məlumat olaraq təqdim etdiyiniz tarixləri sübut edəcək yazılar da var (rəsmi mail üzərindən). Sadəcə deyirik, bəlkə kiminsə şikayətini nəzərə alaraq heç olmasa bu dəfə..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt