Əsas Səhifə > Güney Press, Reklam > Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!


29-08-2022, 17:35
Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!
DİA.AZ: - Azercell ölkənin telekom bazarında ilk Telefon Mərkəzi Virtual Assistent xidmətini- Aİcell-i
məmnuniyyətlə təqdim edir! Bu texnoloji yenilik Süni İntellekt əsasında çalışır və
abunəçilərimizin müştəri təcrübəsini zənginləşdirmək üçün tərtib olunub.
DİA.AZ xəbə verir ki, xidmətin pilot mərhələsində Azercell Telefon Mərkəzinə zəng edən abunəçilərimizi Aİcell adlı
Virtual Assistent salamlayacaq və müştərinin sual və istəyini öyrənərək  zəngi operatora
yönləndirəcək. Azercell tədricən Virtual Assistentin ünsiyyət funksiyalarını və xidmət
imkanlarını genişləndirərək, abunəçi istəklərini daha fərdiləşdirilmiş şəkildə həll etmək üçün
şərait yaradacaq.
Qeyd edək ki, səs emalı botları telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunur.
Layihənin ən vacib və maraqlı aspektlərindən biri isə Virtual Assistentin Azərbaycan dilində tam
spektrli xidmət göstərməsidir ki, bu isə öz növbəsində müştərilərə yeni təcrübə imkanları
yaradacaq.
“Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji
məqsədinə əsaslanaraq ölkədə innovativ həllər və rəqəmsal xidmətlərin tətbiqini davam etmək
niyyətindədir.

Geri qayıt