Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Lerikdə `Qala` Ailəvi İstirahət Mərkəzində AİLƏVİ NARAHATÇILIQ

Lerikdə `Qala` Ailəvi İstirahət Mərkəzində AİLƏVİ NARAHATÇILIQ


18-08-2022, 07:39
Lerikdə `Qala` Ailəvi İstirahət Mərkəzində AİLƏVİ NARAHATÇILIQ
DİA.AZ: - "Lerik rayonunun 33-cü kilometrində yerləşən "Qala" Ailəvi İstirahət Mərkəzindən şikayətim var". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Sədrəddin Hacıyev adlı istifadəçi giley edir.

Lerikdə `Qala` Ailəvi İstirahət Mərkəzində AİLƏVİ NARAHATÇILIQ

Daha sonra narazı vətəndaş yazır:
"3 nəfər yemək yeməyə getdik, ofisiantı çağırıb sifarişimizi verdik. Süfrəyə gətirdikləri ət sanki "rezinka" kimi dartılırdı... çeynəmək olmadı.

Şikayətimizi etsək də, heç kəs bizi vecinə almadı... 58 manat pulumuzu aldıla, və hətta artıq söz-söhbətlər də yarandı.

Görəsən kimsə bu iaşə sahəsinə nəzarət edirmi???"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt