Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > FHN-dəki İNTİM QALMAQALI hansı icra başçısının KÜRKÜNƏ BİRƏ SALIB...

FHN-dəki İNTİM QALMAQALI hansı icra başçısının KÜRKÜNƏ BİRƏ SALIB...


17-08-2022, 16:34
FHN-dəki İNTİM QALMAQALI hansı icra başçısının KÜRKÜNƏ BİRƏ SALIB...
DİA.AZ: - Neçə gündür ki, ictimai müzakirələrə arzuolunmayan bir mövzu atılıb. Söhbət Fövqəladə Hallar Nazirliyində cərəyan etmiş olaydan gedir. DİA.AZ bildirir ki, əslində belə bir faktın ictimailəşməsi nə qədər arzuolunan olmasa da, bir o qədər də vacibdir. Hər halda özünü "Bağdadın kor xəlifəsi" hiss edənlər üçün bir dərs, bir görk rolunu oynamaqdadır bu kimi hallar...

Bununla bağlı dia.az-a daxil olan məlumatlardan aydın olur ki, konkret olaraq bir neçə icra başçısı var və onlar da eynən intim görüntüləri ilə ifşa olunan FHN işçisi Zaur Mirzəyev kimi əxlaqsız həyat tərzi ilə gündəm mövzusu olduğundan barəsində videoçəkilişin olub-ommamasından əndişə keçirməyə başlayıb.

Məlumatlı mənbə dia.az-a konkret ad çəkərək iddia edir ki, rayonlarımızdan birinin icra başçısı hətta həmin hadisə baş verən gündən sevgililəri ilə (onun bir neçə sevgilisi olduğu deyilir -dia) görüşlərini də ertələyib.

Mənbənin dia.az-a söylədikləri: "Həmin icra başçısının bu şakərindən "yuxarıların" da xəbəri var. Hətta ona bu arada "yuxarıdan" zəng olunub və deyilib ki, özünü qorusun, adı çıxarsa, müdafiəsi çətin olacaq və yaxud da mümkünsüz olacaq..."

Onu da qeyd edək ki, artıq yerli KİV-də həmin icra başçısının mədəni tədbirləri ilə bağlı "xəbərlər" intensivləşib. Bu isə "HƏDƏF"in artıq işarəni göydə tutmasından xəbər verir...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

QEYD: Təbii ki, bəlli səbəblərdən "HƏDƏF"in kimliyini açıqlaya bilmirik...

Geri qayıt