Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Baba Rzayev DÖVLƏTİ NECƏ QARƏT EDİR?..
Baba Rzayev DÖVLƏTİ NECƏ QARƏT EDİR?..15-08-2022, 12:00 |
DİA.AZ: - Azərbaycanda biznesmen məmur fikri səslənəndə ilk xatırlanan şəxslərdən biri də ”’Azərenerji”nin rəhbəri Baba Rzayevdir. Bu şəxs Azərbaycan hökumətində çalışan azsaylı adamlardan biridir ki, rəhbəri olduğu sahənin paralel biznesini də qurub. Bəzi məmurlardan fərqli olaraq, Baba müəllimin biznesi qohumlarının, dostlarının deyil, birbaşa öz ailə üzvlərinin adına sənədləşdirilib. Məsələn, Baba Rzayev ”’Azərişıq”a rəhbərliyi həyata keçirərkən, dövlət büdəcsindən ayrılan vəsaitləri özünün qurduğu müəssisələrə köçürüb. Təbii ki, şişirdilmiş rəqəmlər hesabına Baba Rzayev öz biznesinin qazancını ağlasığmaz dərəcədə artırıb. Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləri olması barədə mediada araşdırmalar buna sübutdur. “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı Beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub. DİA.AZ bildirir ki, bu barədə yerli KİV-də yetərincə informasiyalar paylaşılıb. DİA.AZ-ın araşdırması zamanı Baba Rzayevin Mingəçevirdəki İstilik Enerjisi Stansiyasının cari təmiri və ətrafdakı abadlıq işlərində böyük məbləğlərdə vəsaitləri silməsi bəlli olub. Hələlik, Baba müəllimin ”Gül əməliyyatı’ndan başlayaq. Mingəçevirdəki məlum qəzadan sonra Azərbaycan prezidenti İlham Əliyev İstilik Enerji Stansiyasının təmiri , bəzi blokların yenidən qurulmasını hökumətin əsas prioritetlərindən biri etdi. Bu isə Baba Rzayevin yaxşı pul qazanması üçün əla fürsət oldu. Bunun üçün ”Azərenerji’ rəhbərliyi milyonların bu sahəyə xərclənməsinə dair saxta qaimələr yazaraq, pulları mənimsədi. Baba Rzayev bu prosesə də qardaşı və digər yaxınlarının şirkətlərini cəlb etmişdi. İstilik Enerjisi Stansiyasının yenidənqurulması prosesinə cəlb olunan ”Elektro İndustries”, ”Cənun Enerji Tikinti”’ Baba Rzayevin ailə şirkətləri olub. Bundan başqa Baba müəllim Zirədəki Gülçülük Sovxozunu da dövlət büdcəsinin vəsaiti hesabına qazanclı edib. Təkcə, Mingəçevirdəki İES-in ətrafında gül, ağac kollarının əkilməsi və qazon sahəsinin salınması adı ilə 3 milyona yaxın vəsait ”silinib”. Bununla bağlı təqdim olunan elektron qaimədəki gül siyahısına nəzər yetirəndə stansiya ətrafına baxışa ehtiyac olmur. Çünki, qaimədə adı keçən güllər Azərbaycanda inkişaf etmir. Ancaq sənədlərə görə, İES-in ətrafı hazırda gülüstanlıq olmalıdır. Amma reallıq isə tam başqadır. Ortada milyonlar silinib, amma İES-in ətrafı əvvəllər olduğu kimidir. Sadəcə olaraq, Baba Rzayevin Zirədəki sovxozundan gətirilən ucuz gül kolları olub ki, o da baxımsızlıqdan quruyub. Bunun üçün 2020-ci ilin avqust ayında Elektro qaima vasitəsi ilə Cənub Enerji Tikinti MMC-dən 2.822600 manatlıq gül,çiçək, ağac və digər bəzək kollarının sənədi daxil olub. Pul büdcədən ödənsə də ancaq İES-də bu gül-çiçəkləri görən olmayıb. Sadəcə olaraq, saxta aktlar tərtib olunmaqla həmin güllər təhvil alınması sənədləşdirilib. Bu proses isə bir neçə MMC vasitəsi ilə həyata keçirilib. Güllərin alınması üçün ayrı şirkət, onu əkib-becərən isə başqa şirkətlər olub. DİA.AZ Baba Rzayevin gül-çiçək əməliyyatlında büdcədən sildiyi vəsaitlərin bir qisminin qaiməsini təqdim edir. Ən təəccüblü olan məqam isə burasındadır ki, Azərbaycan Prezidenti korrupsiya ilə mübarizəni dövlətin əsas prioriteti elan edib. Görünür, Baba Rzayev bu prosesdə ”Böyük başlar” getməsinin də fərqində olmayıb. Yoxsa, hər kəsin uzaydan belə gözlə gördüyü Mingəçevirin boz dağlarının ətəyində gülüstanlıq adı ilə dövlət vəsaitlərini talan etməzdi. Amma nə bilmək olar, bəlkə də Baba müəllim tez-tez üz tutduğu falçıların, cadugərlərin kəramətinə güvənir ki, ölkənin hüquq-mühafizə orqanlarının ona uzanan əlləri olmayacaq. Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |