Əsas Səhifə > Güney Press, Reklam > 1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!


15-08-2022, 07:12
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
DİA.AZ: - İstifadəçi rahatlığını təmin edən “Nar+” tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb. Hər gün on
minlərlə abunəçinin sorğularına qısa zamanda cavab tapdığı, hesab üzərində lazım olan
əməliyyatları saniyələr içində həll etdiyi tətbiq artıq 3 ildir ki, müştəri təcrübəsinin daha da
yaxşılaşdırılmasına xidmət edir.
DİA.AZ bildirir ki, “Nar+” tətbiqi bir çox funksiyalarından əlavə, abunəçilər üçün rabitə xidmətlərinin şəffaflığını da
təmin edir. Hər bir “Nar+” istifadəçisi müxtəlif abunə əməliyyatlarını rahatlıqla həyata keçirir və
balansına tam nəzarət edir. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də
müraciət edib suallarını ünvanlaya bilirlər. Tətbiqdən ən çox istifadə edənlər paytaxt Bakı ilə
yanaşı Sumqayıt, Gəncə və Quba sakinləridir.
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar+” tətbiqinin 1 milyon yüklənməsi
münasibətlə yay kampaniyasının simalarından olan Cəfər Nəcəfovun Instagram səhifəsində
sosial media istifadəçiləri üçün müsabiqə elan edir. Belə ki, müsabiqə paylaşımının şərh
bölməsində tətbiqdə ən çox köməyinizə çatan funksiyanı qeyd etməklə dəyərli hədiyyələrdən
birini qazana bilərsiniz.

Geri qayıt