Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Müdafiə Nazirliyinin polkovniki NƏDƏN ALİ BAŞ KOMANDANA ÜZ TUTDU?

Müdafiə Nazirliyinin polkovniki NƏDƏN ALİ BAŞ KOMANDANA ÜZ TUTDU?


11-08-2022, 15:38
Müdafiə Nazirliyinin polkovniki NƏDƏN ALİ BAŞ KOMANDANA ÜZ TUTDU?
DİA.AZ: - "Cənab Prezident, Möhtərəm Ali Baş Komandan". DİA.AZ bildirir ki, bu ifadələr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayan Milli Ordunun polkovniki Məmmədov Elnur Teymur oğluna aiddir.

1992-ci ildən Orduda xidmət etdiyini bildirən narazı polkovnik dəfələrlə yaralandığını qeyd etməklə yanaşı, o zamanlar mayor rütbəsinin ona mərhum Heydər Əliyev tərəfindən məhz xidmətlərinə görə vaxtından əvvəl verildiyini də bildirir.

DİA.AZ qeyd edir ki, Vətən müharibəsində övladları ilə birgə silaha sarılan polkovnik Elnur Məmmədov Müdafiə Nazirliyində cərəyan edən eybərəcliklərlə bağlı dəfələrlə nazir Zakir Həsənovla görüşməyə çalışsa da, buna müəssər ola bilməyib. Əvəzində ordu sıralarından xaric edilib.

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.ş..


***

Bu olayla bağlı Müdafiə Nazirliyi DİA.AZ-a açıqlama göndərib. Nazirliyin mövqeyini olduğu kimi təqdim edirik:

Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib.

Əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib.

Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti ilə əlaqədar olaraq ordu rəhbərliyinə müraciət edib və indiyədək Müdafiə Nazirliyinin xətti ilə 8 dəfə ümumilikdə 1 ildən çox müddətə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. Müalicə dövründə bütün xərclər nazirlik tərəfindən qarşılanıb.

E.Məmmədovun barəsində qəbul edilən qərarla razılaşmaması, Nizamnamə qaydalarına uyğun olaraq müdafiə nazirinə rəsmi müraciət etmədən, etiraz əlaməti olaraq hərbçi etikasına və yüksək rütbəli zabitə yaraşmayan hərəkətə yol verməsi əvvəlki illərdə etdiyi hərəkətlərin təkrarıdır.
Bildiririk ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddini keçən E.Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb.

E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur.


Geri qayıt