Əsas Səhifə > Güney Press, Reklam > Azercell “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırdı!

Azercell “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırdı!


27-07-2022, 07:36
Azercell “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırdı!
DİA.AZ: - İyul ayının 12-dən etibarən regionlarımızı “Bölgələrə daha yaxın” şüarı altında gəzən Azercell
səfərlərini uğurla tamamladı. Özündə silsiləvi tədbirləri cəmləşdirən kampaniya 2 həftə boyunca
davam etdi.
DİA.AZ xəbər verir ki, Xaçmaz, Quba, Şəki, Gəncə, Bərdə, Cəlilabad da daxil olmaqla ümumilikdə 14 bölgəni
əhatə edən tədbirdə abunəçilərə yeni məhsullar və xidmətlər təqdim olundu. Kampaniya
çərçivəsində sonuncu görüş isə iyul ayının 25-də Füzuli rayonunda baş tutdu.
Aksiyanın davam etdiyi müddət ərzində bölgədəki abunəçilər ilə sıx ünsiyyət yaradılaraq onların
bütün sualları cavablandırıldı. Azercell tədbir ziyarətçilərini maraqlı təkliflər ilə tanış etdi, qonaqlar
üçün müxtəlif oyunlar keçirildi və hədiyyələr paylanıldı.
Kampaniya müddətində lider mobil operator rəsmi Instagram səhifəsində də müxtəlif müsabiqələr
keçirərək izləyicilərinə internet paketləri qazanmaq imkanı yaratdı.
Ölkənin lider mobil operatoru Azercell abunəçilərini yeni layihələri ilə sevindirməyə davam
edəcək!

Geri qayıt