Əsas Səhifə > Güney Press, Reklam > "Azercell" jurnalistlərə 5GB internet paketi hədiyyə verir

"Azercell" jurnalistlərə 5GB internet paketi hədiyyə verir


22-07-2022, 10:04
"Azercell" jurnalistlərə 5GB internet paketi hədiyyə verir
DİA.AZ: - 22 İyul - milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan
mətbuatının yaranması günüdür.
DİA.AZ xəbər verir ki, ölkənin lider mobil operatoru “Azercell Telecom” MMC ənənəvi olaraq jurnalistlərin peşə
bayramında media nümayəndələrinə özəl hədiyyə təqdim edir. 22-23 iyul tarixlərində
“Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media
əməkdaşları Azercell-dən hədiyyə olaraq 5 GB mobil internet paketi alır. Jurnalistlər hədiyyə
paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə
bilərlər.
Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkəti düşmən atəşi altında peşə fəaliyyətini
həyata keçirən şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun da xatirələrini yad edib.
Şirkət nümayəndələri bu əlamətdar tarixdə şəhidlərin ruhuna dərin ehtiramlarını və dəstəklərini
nümayiş etdirmək üçün onların ailə üzvlərinə xüsusi hədiyyələr təqdim edib.
Mətbuat nümayəndələri üçün 2011-ci ildən etibarən "Mediacell” adlı xüsusi tarif paketini təqdim
edən Azercell fəaliyyəti boyunca ölkəmizdə KİV nümayəndələrinin inkişafına, onların peşəkar
bacarıqlarının artırılmasına yardım etmək məqsədilə çoxsaylı layihələr həyata keçirib, jurnalistlər
üçün ixtisaslaşmış seminar və treninqlər təşkil edib. Tək Azercell-in ingilis dili kurslarına
indiyədək 550-ə yaxın media nümayəndəsi qatılıb. Mobil operator tərəfindən Vətən müharibəsi
zamanı Azərbaycanın mövqeyini və dürüst xəbərləri xalqımıza və dünyaya çatdıran jurnalistləri
də dəstəkləyən müxtəlif təşəbbüslər reallaşdırıb.
“Azercell Telecom” MMC bu şərəfli peşə nümayəndələrini təbrik edir, onlara əhəmiyyətli və
məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayır!

Geri qayıt