Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell”dən Şuşada növbəti yenilik

“Bakcell”dən Şuşada növbəti yenilik


22-04-2022, 13:03
“Bakcell”dən Şuşada növbəti yenilik
DİA.AZ: - Bakcell bu gün Şuşada daha bir layihəni reallaşdırdığı barədə məlumat yayıb.

DİA.AZ xəbər verir ki, Qarabağa qayıdış prosesi çərçivəsində burada şəbəkəsini genişləndirdiyini bildirən şirkət bu dəfə Şuşada Wi-Fi şəbəkəsi qurub. Bakcell abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ oteli və Şuşa TV stansiyası ərazilərində təqdim olunan pulsuz Wi-Fi xidmətindən istifadə edəcəklər.

Bakcell şəbəkəsi 2021-ci ildə növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatına layiq görülüb.

Geri qayıt