Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Araz" marketdən mal alarkən DİQQƏTLİ OLUN!

"Araz" marketdən mal alarkən DİQQƏTLİ OLUN!


16-03-2022, 08:20
"Araz" marketdən mal alarkən DİQQƏTLİ OLUN!
DİA.AZ: - Artıq "Araz" marketlər şəbəkəsindən müştəri şikayətləri ənənəvi xarakter alıb, desək, yanılmarıq. Elə gün olmur ki, bu şəbəkə ilə bağlı hansısa narazılıq faktı ictimailəşməsin. DİA.AZ olaraq belə şikayətlərdən növbətisini təqdim edirik.

"Araz" marketdən mal alarkən DİQQƏTLİ OLUN!

Roman Yasinov adlı narazı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında bildirir: ""Araz Supermarket"dən mal alarkən diqqətli olun. Kassirə deyirəm ki, vitrində 4.49 manat yazılıb, kassadan niyə 4.95 çıxırsınız... deyir, "olan şeydir..."

Deyirəm, mən baxdım... baxmayan yaziq müştəri artıq ödəniş edib gedəcək axı... Olmaz axı insanların haqqına girmək..."

"Araz" marketdən mal alarkən DİQQƏTLİ OLUN!

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt