Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əhmədzadənin Şəkidəki kadrı OLİQARX ÇIXDI...

Əhmədzadənin Şəkidəki kadrı OLİQARX ÇIXDI...


16-02-2022, 12:56
Əhmədzadənin Şəkidəki kadrı OLİQARX ÇIXDI...
DİA.AZ: - Şəki Suvarma Sistemləri İdərəsində özbaşınalıqla bağlı nə qədər yazsan da xeyri yoxdur. Görünəni odur ki, hələ də Meliorasiya və Su Təsərrüfatı ASC Zaur Mikayılovun deyil, köhnə sədr Əhmədzadənin nəzarəti altındadır. Artıq bu barədə dəfələrlə qeyd etsək də vəziyyət dəyişməz olaraq qalır. DİA.AZ bildirir ki, Zaur Mikayılov Meliorasiya və Su Təsərrüfatı Naziylinin Şəki Suvarma Sistemləri idarəsinin rəisi Sabir Əhmədovla bağlı bunca şikayətlərin olmasına rəğmən hələ də nəsə edə bilmirsə, bu artıq real mənzərənin konturlarını aydın şəkildə ortaya çıxarır.

Əvvəlki yazımız burada: Zaur Mikayılov "Ağsaqqal"ın sözü ilə oturub durur... - Şəkidə NARAZILIQ...

Bu dəfə isə DİA.AZ-a yazan Şəki sakinləri Sabir Əhmədovun büdcədən talama hesabına əldə etdiyi sərvətin siyahısını yollayıblar. Oxucularımız üçün, xüsusən də hüquq-mühafizə orqanları və cənab Zaur Mikayılov üçün maraqlı ola biləcəyini təqmin etdiyimizdan redaksiyamıza göndərilən müraciəti təqdim edirik:

"Dəfələrlə yazdığımız, etdiyimiz şikayətlərə baxmayaraq yenə də Şəki Suvarma Sistemləri idarəsinin rəisi Sabir Əhmədova heç kim heç nə edə bilmədi.

İndi isə Sabir Əhmədovun evləri - sərvəti haqqında məlumat veririk.

Sabir Əhmədovun Şəki şəhərində yaşadığı 2 villası var, 1-i Vahabzadə küçəsində yerləşir.

Şəki şəhərində Qışlaq yemçilik zavodunun ərazisində torpaq ərazisi var. Torpağın sotunun qiyməti 3000 manatdan başlayır həmən yerdə.

Bakı şəhərində Yasamal rayonunda bir evi (atv-nin yanında), başqa 1 evi isə "Mothercare" binasında yerləşir".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt