Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dəfələrlə Dost Agentliyinə müraciət etsə də...

Dəfələrlə Dost Agentliyinə müraciət etsə də...


28-12-2021, 12:05
Dəfələrlə Dost Agentliyinə müraciət etsə də...
DİA.AZ xəbər verir ki, Binəqədi rayonu, İsfahani küçəsində yaşayan Rzayeva Xalidə Zirəddin qızı "Hürriyyət"ə müraciət edərək acınacaqlı vəziyyətdə yaşadığını bildirib. O aylardır sosial yardım ala bilmədiyini deyir. Şikayətçi dəfələrlə Dost Agentliyinə müraciət etsə də ona qaz limitini keçdiyinə görə sosial müavinətin verilməyəcəyi deyilib:

"İki övladım var. Yoldaşım rəhmətə gedib. Övladlarımı tək böyüdürəm. Sosial yardımla bağlı Dost Agentliyinə müraciət etmişəm. Lakin müraciətimə baxılmır. Əvvəl 160 azn sosial yardım verilirdi. Özüm də restoranda xadimə işləyirəm. Hazırda sosial yardım ala bilmədiyimə görə acınacaqlı vəziyyətdə yaşayırıq. Müraciətimə cavab olaraq bildirilir ki, mən qaz limitini keçmişəm. Axı bu mənim günahım deyil...Buna görə sosial yardımı niyə kəssinlər axı?...Qabaqdan bayram gəlir, lakin mənim övladlarım bayramı acınacaqlı vəziyyətdə qeyd edəcəklər. Xahiş edirəm, aidiyyatı orqanlardan mənə köməklilk etsinlər".

Geri qayıt