Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > DÜNYANIN ƏN GÖZƏL BAYRAĞINA EŞQ OLSUN!!!

DÜNYANIN ƏN GÖZƏL BAYRAĞINA EŞQ OLSUN!!!


9-11-2017, 00:00
DÜNYANIN ƏN GÖZƏL BAYRAĞINA EŞQ OLSUN!!!
Bu gün bayrağımızın günüdür. Azərbaycan türkünün azad edə bildiyi ərazilərin müstəqillik simvolunun.

Bu gün üçün na şablonlara uyğun olaraq arzular edəcəyik, nə də hansısa əlahiddə cümlələri bir-birinin ardına düzəcəyik. Sadəcə bir kəlmə ilə bayrağımızın gününü qutlamaq, Sizi də bu mübarək günlə əlaqədar təbrik etmək istəyirik:

Sən ucasan, ucasan, Ucalar Sənə layiq
Yüz minlər yola çıxdı, Könlüylə Sənə aşiq!
Hər zaman yüksəkdə ol, Ey müqəddəs Bayrağım,
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!

Uğrunda can verdik biz, Canımız halalındır
Yolunda qan tökdük biz, Qanımız halalındır!
O mübarək köksündə, Parlayan hilalımdır
Hər dəfə yüksələndə Verdin nəfəs Bayrağım
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!

Azadlıq Sənə yoldaş, Azadlıq doğdu səni
Tanrı əsirgəməsin, Başım üstdən kölgəni!
Sənin hər titrəyişin, Candan etdi düşməni
Nə yaxşı ki sən varsan, Dərdimə səs Bayrağım,
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!


Geri qayıt