Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cavid Qurbanov NƏDƏN HƏLƏ DƏ GÖRƏVDƏDİR?

Cavid Qurbanov NƏDƏN HƏLƏ DƏ GÖRƏVDƏDİR?


1-11-2021, 11:46
Cavid Qurbanov NƏDƏN HƏLƏ DƏ GÖRƏVDƏDİR?
DİA.AZ: - Keçən həftə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifədə işləyən ailə üzvləri və yaxın qohumları ilə bağlı ilginc siyahı yerli KİV-lərdə işıqlandı. Demokrat.az portalı mənbə olaraq maraqlı siyahını təqdim etmişdi:

“Azercon Group Limited” şirkətlər qrupunun təsisçisi Qəmbər Qurbanov – Cavid Qurbanovun atası,

“Baghlan Groupe” şirkətlər qrupunun təsisçisi Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,

Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun əmisi nəvəsi,

Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun yaxın qohumu,

Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi İlqar Qurbanov – Cavid Qurbanovun qardaşı,

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi Həbib Misirov – Cavid Qurbanovun qohumu və ən yaxın adamı,

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu,

“KDY logistics” şirkətinin Direktorlar Şurasının sədri Qalib Məmmədov – Cavid Qurbanovun ən yaxın adamlarından biri hesab olunur,

Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edir.

Sumqayıt şəhər Məşğulluq İdarəsinin rəsmisi Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu.

Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilmiş parlemanet seçkilərində bir neçə şəxs Cavid Qurbanovun təqdimatı ilə deputat mandatı qazanıb. Onların arasında Aqil Məmmədov və Jalə Əliyeva da yer alır.

Bununla bağlı DİA.AZ-a danışan hökumətdəki mənbə iddia edir ki, əslində kifayət qədər ziddiyyətli fiqur olan Cavid Qurbanovun bu günə qədər vəzifədə tutulması, görəv başında saxlanılması heç də anlaşılan deyil.

Mənbə bildirir ki, amma yaxın zamanlarda hökumətin böyük dəyişikliklərə gedəcəyi istisna deyil: "Müəyyən tədarüklər var. Və ola bilsin ki, Cavid Qurbanov da nəsibini alsın. Çünki bu gün hökumət daxilində özünə köhnə hakimiyyət ənənələrinə xarakterik bir şəbəkə qurmuş Cavid Qurbanopvun hazırki idarəetmə sistemi ilə uyuşmadığı bir faktdır və bu fakt da onun gedişini zərurətə çevirir".

Mənbə dia.az-a bildirir ki, dəyişikliyə dekabrın ilk dekadasından start veriləcək: "O zaman hər şey aydın olacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt