Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Şa İnşaat" sakinlərə zülm edir...

"Şa İnşaat" sakinlərə zülm edir...


2-08-2021, 08:57
"Şa İnşaat" sakinlərə zülm edir...
DİA.AZ: - "Şikayətim “ŞA inşaat”dandı. Lökbatan yolunda tikdikləri binaların 3 aydır gah suyunu kəsirlər, gah işığını kəsirlər, gah da qazını". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda G.N.Gözəlova adlı istifadəçi yazır.

"Şa İnşaat" sakinlərə zülm edir...

Daha sonra narazı vətəndaş iddia edir: "3 gün işıq vermədilər. Guya nasazlıq olub... amma nədənsə 2 aydır həlli yolu tapılmır... Elə gün olur gündə 2 dəfə kəsirlər.

3 gün bundan öncə 2 gün su olmadı... Yenə çənlərində nasazlıq olub. Və həll olundu, deyə sevindik... Yenidən işığı kəsdilər.

Kommunal pulunu yığmağa gələndə almağı yaxşı bacarırlar... Amma problemləri həll ede biımirlər. Kimə şikayət edək... bilmirik".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Geri qayıt