Əsas Səhifə > Güney Press, Reklam > “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir


13-04-2021, 16:53
“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
DİA.AZ: - Hər zaman abunəçilərinin etibarlı tərəfdaşı olmağı hədəfləyən “Nar” satış və xidmət mərkəzlərini yeniləməsi münasibətilə müştərilər üçün xüsusi aksiya keçirir. Belə ki, mobil operator “Yeniliklər Dalğası” kampaniyasına start verir. DİA.AZ xəbər verir ki, kampaniya çərçivəsində müştərilərə müxtəlif hədiyyələr əldə etmək üçün fərqli yarışmalar təqdim ediləcək.

#YeniliklərDalğası ilə təqdim olunan oyun və yarışmalar “Nar”ın “Facebook”, “Instagram” və veb-səhifəsində keçiriləcək. Yarışlarda iştirak edən hər bir iştirakçıya xüsusi kod təqdim olunacaq. Bu kodla onlayn lotoreyada iştirak edib, dəyərli hədiyyələr qazanmaq mümkün olacaq. Həmçinin aprelin 22-dək yenilənmiş “Nar” mağazalarında bütün aksesuarlara 50%-dək endirimlər tətbiq olunacaq. Kampaniya haqqında ətraflı məlumatı https://www.nar.az/yenilikler-dalgasi/ internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, mobil operator Fəvvarələr meydanı, “Elmlər Akademiyası”, “Sahil”, “Əhmədli” metrostansiyaları yaxınlığındakı, eləcə də Lənkəran, Şəki, Quba da daxil olmaqla 22 “Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.

Geri qayıt