Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Kapital Bank" yenə də öndədir...

"Kapital Bank" yenə də öndədir...


24-03-2021, 16:27
"Kapital Bank" yenə də öndədir...
DİA.AZ: - Dünən Azərbaycanda barəsində ən çox şikayət olunan bankların başında "Kapital Bank"ın gəldiyini qeyd edən materialı təqdim etmişdik. DİA.AZ olaraq yenə də sözügedən bankdan olan vətənaş şikayətlərini təqdim edirik. Hər halda bu faktlar "Kapital Bank"ın xidmət keyfiyyətsizliyinin bariz nümunələri kimi qəbul edilməlidir və əın əsası, barəsində araşdırma tələb olunası məqamlardır.

Beləliklə, Elşən Vəliyev adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda yazır:

"Salamlar sikayetim Kapital Bank birbank proqramindandi işıq pulunu proqram vasitesiyle odedim yazildi odenis olunub amma bu ay cekde gordum ki odenis olmuyub mene elave borc yazilibdi. Bu berbad bankciliqla hara getmek isteyir bunlar..."

"Kapital Bank" yenə də öndədir...

Güllü Qafarlı adlı istifadəçi isə bunları qeyd edir:

"Salam. Şikayətim Kapital Bank BirKart dandır.
2 mart tarixində Birkart sifariş etdim. Online növbəni isə 22marta götürə bildim birtəhər. Mail və Sms yazıb, sıra nömrəmi göndərdilər.
22 martda yaxınlaşdım Kapital Bankın Şuşa filialına və gördüm ki, Bank bağlıdır və üzərində yazılıb ki, bu gün işləmirik.
Əgər bağlı olacaqdısa, niyə mənə növbə vermisiniz?
Bu sualı özlərinə də yönləndirəndə mənə dedilər ki, "müraciətiniz qeydə alındı, sizinlə 5 iş günü ərzində əlaqə saxlayacağıq." Mən buna etiraz edib, öz səhvlərini dərhal düzəltməklərini tələb edəndə isə, lağ edən kimi mənə link göndərdilər ki, gir yenidən online növbə götür. Mənim növbəm 22mart idi. Siz tərəfdən problem yaranıbsa, müştəriyə kömək olunmalı idi, 30 marta kimi hər saatı dolu olan növbəyə yönləndirmək yox.
Bu hadisə baş verənə kimi elə bilirdim Kapital Bank normal bankdır, müştərilərə hörmət, fərdi yanaşma var. İndi isə gördüyüm odur ki, insanlara dəyər verməyən, ancaq öz mənfəətini güdəndir.
Hələ də mənə nə zəng olunub, nə problemim həll olub. Halbuki öz səhvləridir və düzəltmək üçün barmaqlarını belə tərpətmək ehtiyacı görmürlər."

"Kapital Bank" yenə də öndədir...
"Kapital Bank" yenə də öndədir...



Geri qayıt