Əsas Səhifə > Güney Press, Reklam > KATV1 şəhid ailələrini və I qrup müharibə əlillərini ödənişsiz TV və internetlə təmin edəcək

KATV1 şəhid ailələrini və I qrup müharibə əlillərini ödənişsiz TV və internetlə təmin edəcək


4-02-2021, 10:39
KATV1 şəhid ailələrini və I qrup müharibə əlillərini ödənişsiz TV və internetlə təmin edəcək
DİA.AZ: - İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərin ailələri və işqalçılarla döyüşlərdə I qrup müharibə əlili olan qazilər KATV1 tərəfindən ödənişsiz TV və internetlə təmin olunacaqdır.

DİA.AZ xəbər verir ki, KATV1 brendi adı altında fəaliyyət göstərən “AG Telecom” şirkətindın verilən xəbərə görə, şirkətin Qarabağla bağlı sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüsün məqsədi ərazilərimizin işğaldan azad olunmasında iştirak etmiş Azərbaycan şəhidlərinin ailələrinə və müharbədə yaralanmış qazilərmizə dəstək göstərməkdir. Proqrama qoşulan hər bir ailə ödənişsiz olaraq wifi-router və TV-kanallara baxmaq üçün HD-resiver qurğusu ilə təchiz olunacaqdır. Bununla yanaşı, II və III qrup müharibə əlilləri, həmçinin müharibə ilə bağlı ğüzəştlərə malik olan digər şəxslər də TV baxış üçün 50% endirimlə təmin olunacaqdır. Sosial proqrama qoşulmaq üçün yuxarıda göstərilən qruplar üzrə şəxslər KATV1-in müştəri xidmətlərinə müraciət etməlidir.

Geri qayıt