Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 7 aydır işsizdir, evinə çörək gətirəni də yoxdur...

7 aydır işsizdir, evinə çörək gətirəni də yoxdur...


25-11-2020, 16:21
7 aydır işsizdir, evinə çörək gətirəni də yoxdur...
Neftçalada şəhər sakini Qənbər Qəndərov rayonun şadlıq saraylarından birində musiqiçi kimi işləyib. DİA.AZ bildirir ki, hazırki şəraitlə əlaqədar narazı vətəndaşın sosial durumu olduqca ağırdır.

Qeyd edək ki, onun ailə üzləri 5 nəfərdən ibarətdir. Məlum Pandemiya səbəbi ilə əlaqədar şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Qənbər Qəndərov yeddi aydır işsiz qalıb.

O, dəfələrlə Neftçala rayon məşğulluq idarəsinə məlumat versə də, işsiz qaldığı bu müddətdə heç bir kompensasiya ala bilmədiyindən şikayətlənir.

Dia.az bildirir ki, narazı vətəndaşın müraciətlərinə yerli dövlət qurumları müsbət reaksiya vermirlər və yaxud da ümumiyyətlə cavab vermirlər.

Buna görə də Qənbər Qəndərov ölkə rəhbərliyinin köməyinə ümidlidir.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt