Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Ermənistan öz xoşu ilə qalan torpaqlardan da çıxmalıdır”

“Ermənistan öz xoşu ilə qalan torpaqlardan da çıxmalıdır”


15-10-2020, 17:30
“Ermənistan öz xoşu ilə qalan torpaqlardan da çıxmalıdır”
“Eyni zamanda şimal istiqamətində Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində baş verib və o da strateji əhəmiyyətə malikdir. Çünki orada yüksəkliklər böyük ərazilərə nəzarət etməyə imkan yaradır, eyni zamanda orada çox önəmli su anbarı yerləşir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Prezident qeyd edib ki, Ermənistan bizə qarşı eyni zamanda su terroru təşkil edib: “Bizim 100 min hektardan çox torpağımızda su yox idi. Biz artezian quyuları qazmalı idik. İndi isə Suqovuşan qəsəbəsində yerləşən su anbarı bizim nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir”.

***

“Biz tədricən öz əməliyyatımızı aparırıq. Vahid bir planlama əsasında bütün hədəflər seçilir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistan tərəfi sadəcə, bu reallıqla hesablaşmalı, öz təcavüzünü durdurmalı, atəşkəsə əməl etməli və öz xoşu ilə qalan torpaqlardan da çıxmalıdır ki, qan tökülməsin və bundan sonra sülh yolu ilə bu məsələ həll olunsun.

Geri qayıt