Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sərhəd Xidmətinin 3 polkovnikindən şikayət var

Sərhəd Xidmətinin 3 polkovnikindən şikayət var


9-03-2020, 13:24
Sərhəd Xidmətinin 3 polkovnikindən şikayət var
Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbçisi artıq 5 ildir ki, keçmiş iş yoldaşı olan 3 polkovniklə məhkəmə çəkişməsi aparır.

“Yenisabah”ın məlumatına görə, şikayətçi olan Məmmədli Kənan Rauf oğlu məhkəmə qarşısında tələb kimi aşağıdakı iddianı irəli sürüb: “Dövlət Sərhəd Xidməti rəisinin 05 noyabr 2015-ci il tarixli 2351 ş/h nömrəli əmrində dəyişiklik edilərək, onun “hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu”nun 41-ci maddəsinin 41.0.10-cu bəndinə əsasən ehtiyata buraxılmağı vəzifəsinin AR Dövlət Sərhəd Xidmətinə həvalə edilməsini”.

Cavabdeh kimi DSX-nin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Zaur Niftullayev, hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Rauf Abdullayev və hərbi hissənin MTTŞ-nin rəis müavini polkovnik-leytenant Elşən Vəliyev tanınıb.

Birinci instansiya məhkəməsi olan Bakı İnzibati Məhkəməsi iddiaçının iddia tələbini təmin etməyib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsidə 1-ci qərarı qüvvədə saxlayıb. Növbəti məhkəmə prosesi isə mart ayının 10-da Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynov tərəfindən keçiriləcək.

Geri qayıt