Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gömrükdə YAŞIL DƏHLİZ: Yalnız sədrin qohumları üçün imiş...
Gömrükdə YAŞIL DƏHLİZ: Yalnız sədrin qohumları üçün imiş...4-03-2020, 11:52 |
Azərbaycan gömrüyündə sular durulmur. Az qala 20 ildir ki, gömrükdə mövcud olan problemlər qalır. Qaçaqmalçılıq, aksizsiz tütün məhsulları və spirtli içkilərin daxili bazarda total satışı. Rüşvət, korrupsiya, iş adamları üçün yaradılan bəyənnamə problemləri. Və nəhayət bütün dünyanın illərdir gömrük sistemində istifadə etdiyi "Yaşıl dəhliz"dən yararlanma. Azərbaycanda bu sistemdən kimlər istifadə edə bilir. Ölkəyə daxil olan Tırların öncədən bəyənnamə dolduraraq növbəyə dayanmadan keçid probleminin həlli mümkünsüz görünür. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Azərbaycana daxil olan və "Yaşıl dəhliz"dən istifadə etmək imkanları da əslində daxili bazarda monopoliyaya başçılıq edənlərə məxsusdur. Sıradan bir iş adamı, sahibkara ən müxtəlif bəhanələrlə bu yenilikdən istifadə imkanları tanınmır. Süni əngəllər yaraılıaraq onların bu mütərəqqi sistemdən yararlanaraq daxili bazarda rəqabət imkanları qazanması, saxlanc yerlərinə, anbarlara daşınmadan idxal edilən mal və məhsulların birbaşa olaraq sahibkara çatdırılmasında problemlər yaradılır. Gundeminfo.az-a müraciət edən iş adamları iddia edir ki, idxalatla məşğul olan iş adamları rəsmi olaraq bəyənnamələrini və hesabatlarını verdikdən sonra ən çox mallarının Dövlət Gömrük Komitəsinə məxsus saxlanc yerlərindən çıxarmaqda çətinlik çəkirlər. Bazara mal çıxarmaq aylarla çətinləşir. Hətta bəzən daxili bazarda qiymətlərin artması və azalması səbəbindən yerli sahibkarlar ciddi böhranla üzləşməli olurlar. İnformasiyaya əsasən gömrük sistemində "Yaşıl dəhliz"dən istifadə ednələr komitəsədri Səfər Mehdiyevinyaxın ətrafında topladığı iş adamlarıdır. Bütün iddialarla bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |